Icma.az
close
up
RU
Türkiyə ordusu döyüş hazırlığındadır Hasan Oktay

Türkiyə ordusu döyüş hazırlığındadır Hasan Oktay

Icma.az, Sherg.az saytına istinadən bildirir.

İlk növbədə PKK, PYD kimi qruplara qarşı əməliyyatlar keçiriləcəyi gözlənilir


Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyədən 25 mindən çox qaçqın vətənlərinə qayıdıb. Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Nazir vurğulayıb ki, dekabrın 8-dən Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyədən 25 mindən çox qaçqın vətənlərinə qayıdıb. Son məlumatlara görə, Türkiyədə qanuni əsaslarla yaşayan 4,1 milyon əcnəbidən 2 milyon 920 mini suriyalıdır.


Bu arada Türkiyənin Ticarət Nazirliyi qaçqınların Suriyaya getmələrinə nəzarətin sadələşdirilməsi üçün sərhəd-gömrük məntəqələrinə göstəriş göndərib. Bundan sonra vətənə qayıtmaq istəyən suriyalılar Türkiyədən avtomobil, pul və zinət əşyalarının ixrac edilməsi üçün gömrük bəyannamələrini sadələşdirilmiş formada doldura biləcəklər. Qərar qaçqınların Suriyaya sürətlə qayıtmaları yolunda maneələrin aradan qaldırılmasına yönəlib.



Türkiyəli professor, "Qafqaz" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay "Şərq"ə deyib ki, noyabrın 27-də HTŞ hərəkatının Hələbə doğru irəliləməsi və dekabrın 8-də Əsədin qaçması ilə Suriyada hökumətin devrilməsi 13 ildir Əsədə qarşı vuruşan silahlı qrupların uğuru kimi qiymətləndirilir. Professorun sözlərinə görə, Türkiyə öz cənubunda baş verən prosesləri yaxından izləyib:

 "Türkiyə Suriyada döyüşən bəzi müxalif qrupları dəstəkləsə də, heç vaxt HTŞ hərəkatı ilə birbaşa əlaqəsi olmayıb. Ancaq Türkiyə öz cənubunda, 911 kilometr sərhədi olan bir əyalətdə baş verən dəyişikliyi biganə qala bilməz və ona görə də yaxından izləyir. HTŞ rəhbəri Colani Suriyadakı prosesləri nəzarətə alan kimi Türkiyə dərhal onunla əlaqə saxladı. Əvvəlcə MİT rəhbəri İbrahim Kalın, daha sonra xarici işlər naziri Hakan Fidan Colani ilə görüşdü, Suriyanın gələcəyi ilə bağlı fikir mübadiləsi aparıldı. Bundan əlavə Türkiyə Dəməşqdə səfirliyini açıb. Türkiyə Suriyadakı prosesləri iki amilə görə çox əhəmiyyətli görür. Birinci məsələ Suriyada ölkənin ərazi bütövlüyünə və konstitusiyasına, qanunun aliliyinə əsaslanan sistemin qurulmasıdır. Digəri isə təxminən 5 milyon Suriya əhalisinin öz ölkələrinə təhlükəsiz qaydada qayıtmasıdır. İlk mərhələdə 25 minə yaxın suriyalının geri qayıtdığını nəzərə alsaq, bu hərəkətliliyin bir il ərzində davam edəcəyini, gələnlərin yarıdan çoxunun Suriyaya dönəcəyi gözlənilir. Türkiyə bir tərəfdən Suriyada nizam-intizamın qurulmasını, mövcud strukturu dəstəkləyir, digər tərəfdən də suriyalıların qayıtması üçün infrastruktur hazırlayır".

H.Oktay vurğulayıb ki, Türkiyədə vətəndaşlıq almış və türk düşüncə sistemini qavramış suriyalıların öz ölkələrində siyasi partiya qurması və hakimiyyətə gəlməsi imkan verəcək ki, Türkiyə həm öz vətəndaşlarını qorusun, həm orada öz hərbi gücünü saxlasın: "Türkiyə Aralıq dənizindən İraq sərhədinə qədər olan 30 km.lik genişlikdə əraziyə nəzarəti davam etdirəcək. Çünki baş verə biləcək hər hansı xaosda yeni köç dalğası ilə qarşılaşmamaq üçün bu tədbir mütləq görülməlidir. Suriyalıların əhəmiyyətli bir hissəsi geri dönsə də, Türkiyə ilə əlaqələri, gediş-gəlişləri artacaq. Bu məqsədlə Hələb və Antep arasında sürətli qatar sistemi yaradıla bilər. Suriyanın şərqində, Fəratın şərqində mərkəzi hökumətin hansı yol qət edəcəyi bəlli deyil. Ancaq Türkiyə vurğuladığım iki məsələdə israrını sona qədər davam etdirəcək. Türkiyə ordusu döyüş hazırlığındadır. İlk növbədə mərkəzi hökumət və Suriya Milli Ordusu tərəfindən PKK, PYD kimi ökənin ərazi bütövlüyünü təhdid edən qruplara qarşı əməliyyatlar keçiriləcəyi gözlənilir. Türkiyə Suriyada, Fəratın şərqində ölkəmizi təhdid edən ünsürlərə qarşı əməliyyat keçirmək səlahiyyətini və hüququnu özündə saxlayır. Xüsusən, İsrailin HƏMAS-a, Hizbullah-a və indi də ruslara qarşı əməliyyatlarını nəzərə alsaq, Türkiyə Suriyada öz mövqeyini qorumalıdır". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2024 02:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri