Icma.az
close
up
RU
Qarşıdakı dönəmdə Türkiyə çox diqqətli olmalıdır Hasan Oktay

Qarşıdakı dönəmdə Türkiyə çox diqqətli olmalıdır Hasan Oktay

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

PKK bu gün silahı yerə qoysa da, gələcəkdə mübarizə metodunu dəyişməyə cəhd göstərə bilər


Ötən əsrin 80-ci illərindən Türkiyənin baş bəlasına çevrilmiş PKK terror təşkilatı nəhayət özünü buraxdığını elan edib. Məlumata görə, qərar terror təşkilatının mayın 5-7-də keçirilən 12-ci qurultayında edilib. Qurultay PKK-nın təşkilati strukturunu ləğv etmək və silahlı mübarizəni dayandırmaq, bununla da, PKK adlı təşkilatın fəaliyyətinə son qoymaq barədə qərar qəbul edib. Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib ki, İmralıdan gələn çağırışdan sonra PKK-nın özünü buraxması və silahı yerə qoymaq qərarı “terrordan azad Türkiyə” hədəfinə doğru atılmış mühüm addımdır. Ö.Çelik bildirib ki, əgər terrorizm tamamilə aradan qalxarsa, bu, yeni bir dövrün başlanğıcı olacaq: "Bu proses dövlət qurumları tərəfindən ciddi şəkildə izlənəcək". Türkiyənin DEM Partiyasının sözçüsü Ayşəgül Doğan bildirib ki, bu tarixi addımı səbirsizliklə gözləyirdilər: "DEM Partiyası olaraq üzərimizə düşən vəzifələri əzmlə yerinə yetiririk. Növbəti addım vacibdir, siyasətin üzərinə mühüm vəzifələr düşür". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərardan öncə bir qrup nazir və deputatla görüşündə demişdi ki, Türkiyə bütün maneələri dəf edib və bundan sonra bütün Türkiyə üçün yeni dövr başlayacaq: "Bu mənada, siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər, buna hazır olmalıyıq. Bizi asan proses gözləmir".


Mühüm qərarı "Sherg.az"a dəyərləndirən türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay deyib ki, 1970-ci illərdə qurulmuş marksist terror təşkilatları yeni dünya düzənində özlərinə yer tapa bilmirlər və müxtəlif səbəblərdən dəyişiklik və transformasiya yaşayırlar. Professor diqqətə çatdırıb ki, PKK silahı yerə qoymaq məcburiyyətində qalsa da, törəmə təşkilatlarının bu məsələnin əhatə dairəsindən kənarda qalacağı görünür: 

"Buna baxmayaraq, İranın Yaxın Şərqdəki "vəkalət savaşı" aparan bütün təşkilatlarının ləğv edildiyi kimi Türkiyəyə qarşı terror fəaliyyətləri həyata keçirən təşkilatlar da tamamilə ləğv ediləcək. Lakin PKK-nın özünü buraxması ilə bağlı bəyanatında gələcəklə bağlı müəyyən gözləntilərin olması bəlli olur. PKK bu gün silahı yerə qoysa da, gələcəkdə mübarizə metodunu dəyişməyə cəhd göstərə bilər. Türkiyənin idarəçilik modeli demokratik və insan haqlarına əsaslanan konstitusion sistem üzərində qurulduğu üçün heç bir qrup, tayfa, məzhəb və ya ictimai sistemin imtiyazlı olması mümkün deyil. Ona görə də Prezident R.T.Ərdoğan vurğulayır ki, qarşıdakı dönəmdə çox diqqətli olmalıyıq. Terrordan azad Türkiyə müzakirəsi ön plana çəkilir. Digər məqam odur ki, PKK terror təşkilatına dəstək verən xarici güclər vaxtaşırı öz taktikalarını dəyişirlər. PKK silahı yerə qoyduqdan sonra Türkiyə dövlətinə müəyyən şərt, tələb irəli sürsə, təbii ki, qəbul edilməyəcək. Rədd cavabı alan PKK üzvlərinin Suriyada yeni proseslərdə iştirak etmək niyyətinə düşəcəkləri də ehtimal edilir. Türkiyədə yaşanan proseslər yaxından izlənilir, gedişatın nəticəsini zaman göstərəcək". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 May 2025 07:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri