Icma.az
close
up
RU
Hasan Oktay: Garo Paylan məqsədini aşan ifadə istifadə etdiyini etiraf edib

Hasan Oktay: Garo Paylan məqsədini aşan ifadə istifadə etdiyini etiraf edib

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bildiyiniz kimi, keçən həftə İrəvanda səfərdə olan və Nikol Paşinyan tərəfindən qəbul edilən, Türkiyə əsilli erməni, Xalqların Demokratik Partiyasından (HDP) keçmiş deputat Garo Paylan, avantürist bir açıqlama verib. O, son bəyanatında, Ermənistanın Azərbaycana cavab verə bilməsi üçün 3-5 il arasında bir müddətə ehtiyacı olduğunu vurğulayaraq, Bakıya sülh təklifi etmələri lazım olduğunu bildirib. Paylanın bu çıxışı yalnız onun şəxsi baxışlarını deyil, həm də Ermənistan parlamentindəki bəzi deputatların düşüncələrini əks etdirir. 2024-cü ildə Paşinyanın partiyasından olan başqa bir deputat da Paylanın fikirlərinə oxşar silah toplamağın və Ermənistanın gücünü artırmasının vacibliyini qeyd etmiş, Azərbaycanın təhlükəsizliyini pozmağa yönəlmiş bəyanatlar səsləndirmişdi. 

Garo Paylan, əslində, bir kukladır və ümumilikdə erməni siyasi düşüncəsini təmsil edir. Digər tərəfdən, Paşinyan əvvəllər Bayden administrasiyasına və Fransaya ümid bəsləyirdi, ancaq indi yalnız Macrona ümid edir. Hazırda Paşinyan, əhəmiyyətsiz bir tədbirə qatılmaq üçün ABŞ-a gedib, burada Trump ilə görüş və ya ciddi müzakirələr gözlənilmir. ABŞ-dan sonra isə Fransaya yönələcək və Azərbaycana qarşı yeni planlarını Makron ilə müzakirə edəcək. Fransanın Paşinyan’ın xarici siyasətindəki təsiri, həm də Ermənistana verilən silahlar məsələsində önəmli bir faktordur. Azərbaycan, Ermənistanın aldığı silahların geri qaytarılması tələbini davamlı olaraq gündəmə gətirir. Prezident İlham Əliyev, Ermənistanın müharibəyə hazırlıq məqsədilə topladığı silahların bölgədəki sabitliyi təhdid etdiyini və müharibəyə başlamağı hədəflədiyini bildirib. Bu silahların geri qaytarılmaması, Azərbaycan üçün heç bir şəkildə qəbul edilə bilən bir durum deyil və bu mövzuda geri addım atılmayacaq.


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a bildirib ki, Türk dünyası və Rusiya arasında, "Türkmənçay" müqaviləsindən sonra Tiflis və İrəvan quberniyalarını yaradılaraq, 200 il boyunca davam edəcək bir Qafqaz siyasəti quruldu:


"Bu siyasətin əsas məqsədi və hədəfi anlaşılamadıqca, Türk dünyasının gələcəyinə dair regional sülhün təmin edilməsi mümkün olmayacaq. Çar dövründə başlayan, Sovet dövrü və Rusiya Federasiyasının bu strategiyanı davam etdirdiyi  bir nöqtədə, ani inkişaflar əsasında regional siyasətlər yürütmək çətin görsənir. Sovet İttifaqı dağılarkən, Rusiya, Cənubi Qafqazı itirməmək üçün Ermənistan üzərindən Azərbaycan torpaqlarını işğal etdirdi. Eyni düşüncə 8 dekabr 2024-cü ildə Sovet sonrası Baas rejiminin dağılma prosesində də özünü göstərdi və bu dəfə Ruslar, Azərbaycan hava yolları təyyarəsini vurdu. Bizim bu məsələyə baxış bucağımız, gələcəyə işıq tutmaq və regional sülhün təmin edilməsi üçün problemin kökünə enməkdir. 10 noyabr atəşkəs razılaşması imzalananda hələ Ukrayna böhranı başlamamışdı; Rusiya, Laçın dəhlizi üzərindən "Dağlıq Qarabağ"ı əlində saxlamaq və bölgədə qalmaq istəyirdi. Ukrayna böhranı, regional inkişaflar və Ermənistanın Rusiyadan ayrılma cəhdləri, Moskvanı bölgədə atəşkəsin pozulmasına məcbur etdi. Yenə belə bir atəşkəsin pozulması halında, Ermənistan baş naziri Nikol Paşinyan ""Dağlıq Qarabağ məsələsi", Ermənistan ilə Azərbaycan arasında deyil, Rusiya ilə Azərbaycan arasında çözülməlidir" dedikdən sonra, Bakı bu vəziyyəti dəyərləndirərək Qarabağda əməliyyat həyata keçirdi və oradakı Rusiya tərəfdarı olan quruluşu məhv etdi. Bu razılaşmadan bəri beş il keçsə də hələ sülh anlaşması əldə edilməyib. Bu isə bölgədəki münaqişələrdən faydalanan güc balanslarına xidmət edir".


Politoloqun sözlərinə görə, bölgədə Türkiyə, Ermənistan və Azərbaycan arasında üçlü bir sülh razılaşmasının imzalanmasını əngəlləmək üçün hər kəs əlindən gələni edir:

"Türkiyə vətəndaşı olan erməni mənşəli Garo Paylana, Ermənistandakı açıqlama ilə əlaqədar sual verildikdə, o bu mövzunu İngilis dilində açıqlamağa bilgisinin kifayət etmədiyini, buna görə də məqsədini aşan bir ifadə istifadə etdiyini etiraf edib ki, bu da olduqca vacibdir. Bunun yanında, Fransanın bölgədə münaqişənin davam etməsini istədiyini və bu münaqişədə Rusiyaya qarşı yeni bir cəbhə açma ehtimalını nəzərə almaq lazımdır. 12 iyul 2020-də, Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı münaqişə zonasına deyil, Tovuz şəhərinə raket atmasının arxasında Fransanın olduğunu hamı bilir. Fransa, Ermənistan-Azərbaycan münaqişəsi yaratmaq istəyərkən, Türkiyə müdaxilə edərək iki dövlət arasında bir münaqişə deyil, Ermənistanın işğal etdiyi ərazilərdən azad edilməsi əməliyyatının başlatılmasını təmin etdi. İndi, eyni Fransa, burada itirdiyi fürsəti yenidən əldə etmək üçün Ermənistan üzərindən təzyiq siyasətini davam etdirir və ciddi şəkildə silahlar göndərir. ABŞ-ın keçmiş prezidenti Baydenin son günlərində Ermənistanda etdiyi və hələ də məzmununun başa çatmadığı anlaşmalar, bölgədə yeni bir ABŞ varlığının formalaşmasının təməlini atdığı ehtimalını ön plana çıxarıb. Fransa və ABŞ-ın bölgədə Ermənistana verdiyi orantısız dəstək, regionda yeni münaqişə ehtimalını təhrik edə bilər. Bununla bağlı bir çox mütəxəssis fikir bildirir".


Hasan Oktay əlavə edib ki, Cənubi Qafqazda yeni münaqişə sahələri deyil, Türkiyə-Ermənistan-Azərbaycan üçlü barışı ilə sabitliyə ehtiyac var:

"Ermənistanın Qərbdən aldığı silahların geri qaytarılması tələbi çox qarşılıq tapmayacaqdır, buna görə də bu prosesin münaqişəyə dönüşməsini əngəlləmək üçün dərhal Türkiyə-Ermənistan-Azərbaycan üçlü barışının qurulmasını dəstəkləyirik. Macron, Rusiyaya qarşı siyasətini Güney Qafqaz üzərindən yürütmək istəyərkən, bu, bölgədə gərginlik yarada bilər. Ermənistan baş naziri Paşinyan ilə ABŞ-ın yeni prezidenti Trampı, Makron, keçən günlərdə Fransadakı bir açılış mərasimində tanış etmişdi. İndi, Paşinyan, "Haçlı Seferləri Kurultayı" olaraq da tanınan bir toplantıya qatılmaq üçün Amerikadadır. Orada Fasdan maraqlı görüşlər keçirir. Ancaq buna baxmayaraq, Cənubi Qafqazda gözlədiyi dəstəyi tapa bilməyəcəyi üçün, ABŞ-dan dönüşdə, Türkiyə və Azərbaycanın təzyiqi ilə güclü bir sülh anlaşmasının infrastrukturunu qurmaqdan başqa yol yoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Fevral 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri