Icma.az
close
up
RU
Hasan Oktay: Ruslar 200 ilə yaxındır ki, ermənilər vasitəsilə bölgədə fəaliyyət göstəriblər

Hasan Oktay: Ruslar 200 ilə yaxındır ki, ermənilər vasitəsilə bölgədə fəaliyyət göstəriblər

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın son geniş müsahibəsi onun siyasi yönümünü və hədəflərini bir daha aydın şəkildə ortaya qoydu. Müsahibənin əsas ideyası ondan ibarətdir ki, Ermənistanın yeganə xilası Rusiyadır. Bu mövqe, Ermənistanın suverenliyini və müstəqil dövlətçilik iddiasını tamamilə inkar edən, onu Kreml siyasətinə tabe forpost kimi təqdim edən bir yanaşmadır. Tarixi baxımdan da Koçaryan SSRİ DTK-sının agenti kimi Qarabağda erməni separatizminin öncüllərindən biri olub. O, “Krunk” təşkilatında azərbaycanofobiyanın yayılmasında fəal iştirak edib, azərbaycanlılara qarşı nifrət siyasətini təşviq edərək münaqişənin əsas səbəbkarlarından biri kimi tanınıb. Bugünkü reallıqda Koçaryan hesab edir ki, onun aktiv fəaliyyəti ilə Rusiya 2020-ci ildən sonra formalaşmış regional status-kvonu dəyişəcək. Lakin bu cəhdlərin uğursuzluğa düçar olacağı aydındır. Onun üçün mümkün olan yeganə yol ədalət mühakiməsi qarşısında cavab verməkdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətdə iştirak etmiş şəxslərin regionda yeni reallıqlar fonunda siyasi gələcəyi yoxdur. Bu çərçivədə Koçaryanın müsahibəsi, həm Ermənistanın daxili siyasətində revanşist meyllərin aktuallaşmasını, həm də Cənubi Qafqazda sabitliyi pozmağa yönəlmiş Rusiya dairələrinin maraqlarını aydın göstərir.


Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay Sherg.az-a söyləyib ki, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Cənubi Qafqazda üç respublika öz müstəqilliyini elan etdi:


“Türkiyə hər üç dövləti tanıdı, sərhəd qapılarını açdı, Gürcüstan və Azərbaycanla diplomatik əlaqələr qurdu. Lakin Rusiya Ermənistan vasitəsilə Cənubi Qafqazda Azərbaycan torpaqlarını işğal etməyə başladığı üçün Türkiyə rəsmi İrəvanla diplomatik əlaqələr başlatmadı. Cənubi Qafqazda ruslar və türklər arasında hökmranlıq uğrunda gedən mübarizədə İran türkləri bölgənin geosiyasi inkişafının mümkün nəticələrini düzgün təhlil edə bilmədi və bununla da Rusiyaya yaxınlaşaraq Anadolu türklərinin bölgədən geri çəkilməsinə zəmin hazırladılar. Yəni İstanbulla Türküstan bölgəsi arasındakı əlaqəni kəsə bilmək Rusiya ilə İran türklər ittifaqının ilk səbəbi idi. İranın məqsədi Türkiyənin Qafqaz və Türküstan bölgələrində təsirini qarşısını almaq idi. Digər tərəfdən, İran türkləri Rusiya ilə ittifaq qurdular ki, Rusiya Cənubi Qafqazı nəzarətində saxlasa, bütün türk coğrafiyasını təsiri altına alacaq. 1991-ci ildə Sovetlər dağılandan sonra ruslar çarizm və sovet dövründə həyata keçirdikləri Cənubi Qafqaz siyasətini davam etdirmək üçün ermənilər vasitəsilə strategiya hazırladılar. Əslində 1828-ci il Türkmənçay müqaviləsindən sonra ruslar həm Anadoludan, həm də İrandan erməniləri bölgəyə apararaq orada bufer zona yaratmışdılar. Ruslar gürcülər və ermənilər vasitəsilə bölgəyə nəzarət etmək istəyirdilər. Ruslar 200 ilə yaxındır ki, ermənilər vasitəsilə bölgədə fəaliyyət göstəriblər. Ermənistan müstəqilliyini elan etdikdən sonra Levon Ter-Petrosyan əvvəlcə Türkiyə ilə balanslı siyasət yürütmək istəsə də, Rusiya çevrilişi ilə vəzifəsindən uzaqlaşdırıldı. Onun yerinə gələn Robert Köçəryan Rusiyayla tarazlığı qorumağa, eyni zamanda Türkiyə ilə bağlı son dərəcə həssas olmağa diqqət yetirib. Türkiyə isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə görə həmişə Köçəryanla məsafə saxladı. İmperator dünyası 1915-ci il hadisələri ilə ermənilərin vasitəsilə Türkiyəni küncə sıxışdırmağa çalışarkən, erməni diasporu Ermənistan rəhbərliyini Türkiyəyə qarşı sərt tədbirlər görməyə sövq edirdi. Rusiya Cənubi Qafqaza Ermənistan üzərindən nəzarət etdiyi halda, diasboranın şəxsiyyət probleminə görə bu cür davranışı erməni idarəçilərinin, xüsusən də Köçeryanı narahat etdi”. 

Ekspert qeyd edib ki, idarəçilər vaxtaşırı Rusiya adından Türkiyə əleyhinə açıqlamalar versələr də, lakin daha sonra diqqətli sözlər işlətməyə ehtiyac hiss ediblər:

“Onların Rusiya ilə sərhədləri olmadığı üçün Türkiyə ilə balanslı siyasət yürütmək istəyirdilər. Rusiya adından Azərbaycan torpaqlarını işğal etdikləri üçün Türkiyənin Ermənistanın Qərbə qapılarını daima bağlaması onları daha ehtiyatlı davranmağa vadar edirdi. Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaya bilməyəcəklərini bildiyi üçün Türkiyəni birbaşa hədəfə almaq istəməyən Köçəryan hökuməti yerini Serj Sarkisyana buraxdıqdan sonra da bu balanslaşdırılmış siyasəti davam etdirdi. Amma Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu balans siyasəti dəyişdi. Çünki Azərbaycan torpaqlarını işğaldan azad etdi və Ermənistanın Rusiya ilə münasibətləri qırılma nöqtəsinə gəldi. İndi Ermənistanın Qərbə açılmaq üçün Türkiyəyə ehtiyacı var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 May 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri