Hava dəyişir: Bu ərazilərdə yağış və duman olacaq Proqnoz
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda sentyabrın 4-ü üçün hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağıntı gözlənilmir. Cənub-şərq küləyi əsəcək.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 20-23°, gündüz 26-30° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 45-50 faiz arasında dəyişəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gün ərzində bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq.
Bölgələrdə küləyin mülayim şərq istiqamətli olacağı bildirilir.
Havanın temperaturu gecə 16-21°, gündüz 28-33° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 10-15°, gündüz 19-24° isti proqnozlaşdırılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 03 Sentyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















