Icma.az
close
up
RU
Hava dəyişkənliyi psixoloji problemlərə yol aça bilər? Psixoloqdan AÇIQLAMA

Hava dəyişkənliyi psixoloji problemlərə yol aça bilər? Psixoloqdan AÇIQLAMA

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlərdə hava şəraitinin dəyişkənliyi bəzi insanlar üçün xoş qarşılansa da, digərləri üçün mənfi təsir göstərir. Küləkli və ya yağışlı hava şəraiti istirahət etmək istəyənlərin planlarını təxirə salmasına və ya gecikdirməsinə səbəb olur.

Maraqlıdır ki, ölkədə hava şəraitinin belə olması insanlara psixoloji olaraq necə təsir edir?

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən klinik-psixoloq Gülşən Rüstəmova psixologiyamıza təsir göstərən çoxlu sayda təsiredici hadisələrin və proseslərin mövcudluğundan bəhs edib: 

“Məsələn, yaşadığımız mühit, cəmiyyətdə baş verən dəyişikliklər, siyasi hadisələr, eləcə də qonşular arasında və ya iş yerində baş verən müxtəlif durumlar bizə birbaşa və ya dolayısı yolla təsir edir. Həmçinin hava şəraiti-günəşli, küləkli, yaxud insanı yorğun edən ağır hava həm fizioloji, həm də psixoloji baxımdan əhvalımıza təsir göstərir.

Psixoloq bunun həlli ilə bağlı bildirib ki, əgər desək ki, sadəcə havanın düzəlməsini gözləyək, yaxud hər şeyi yalnız hava və ya cəmiyyətlə əlaqələndirək, bu yanaşma adekvat sayılmaz:

“Əsas məsələ ondan ibarətdir ki, insan öz psixoloji sağlamlığı ilə məşğul olmalıdır. Çünki əgər psixoloji immunitetimiz zəifdirsə, istənilən tətikləyici amilə fərqli və bəzən həssas reaksiyalar verə bilərik”.

G.Rüstəmovanın sözlərinə görə, müəyyən hadisə və ya şəraitin bizə mənfi təsir etməsini istəmiriksə, ilk növbədə psixoloji davamlılığımızı gücləndirməliyik:

“Xüsusilə, hava şəraitinə görə əhvalı dəyişən insanlara məsləhətim budur ki, bir neçə alternativ məşğuliyyət nəzərdə tutsunlar. Məsələn, müxtəlif oyunlar oynasınlar, məşğələlərlə məşğul olsunlar və ya hobbilər tapsınlar ki, hava şəraitindən asılı olmadan diqqətlərini yayındıra bilsinlər. Bu cür fəaliyyətlər həm əhvalın stabilləşməsinə, həm də psixoloji tarazlığın qorunmasına kömək edir”.

Fidan Hacızadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri