Hava hərəkəti xidməti təchizatçılarının sertifikatlaşdırılması qaydası müəyyənləşib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
“Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılması Qaydası” təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
Uyğunluq sertifikatının alınması üçün fiziki və hüquqi şəxs ərizə ilə Agentliyə müraciət edir.
Sertifikatlaşdırma aşağıdakı mərhələlərdən ibarətdir və 90 (doxsan) gün müddətində aparılır:
- müraciətdən əvvəlki mərhələ;
- müraciət və ilkin qiymətləndirmə;
- sənədlərin yoxlanılması;
- xidmət təminatçısının vasitələrinin, xidmətlərinin və avadanlıqlarının qiymətləndirilməsi;
- uyğunluq sertifikatının verilməsi və ya verilməsindən imtina.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 24 Fevral 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















