Icma.az
close
up
RU
Hava ilə bağlı əhaliyə xəbərdarlıq Dəhşətli istilər düşəcək, insanlar…

Hava ilə bağlı əhaliyə xəbərdarlıq Dəhşətli istilər düşəcək, insanlar…

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda may ayının ilk yarısında havanın temperaturunun 32 dərəcəyə qədər yüksəlməsi paytaxt sakinlərini və bölgələrdə yaşayan vətəndaşları “bu yay necə keçəcək?” sualı ətrafında düşünməyə sövq edib. Milli Hidrometeorologiya Xidmətinin məlumatlarına görə, may ayı üçün orta aylıq temperatur iqlim normasına yaxın olsa da, bəzi günlərdə havanın 34 dərəcəyə qədər isinməsi qeydə alınır. Bu anomal istilər adətən yayın “qovurucu” keçəcəyinin carçısı kimi qəbul edilsə də, mütəxəssislər məsələyə daha kompleks yanaşmağı tövsiyə edirlər.

Doğru.az bildirir ki, məsələ ilə bağlı nocomment.az-a danışan ekoloq Rasim Səfərov qeyd edib ki, may ayındakı bu temperatur sıçrayışları qlobal iqlim dəyişikliyinin ölkəmizə olan birbaşa təsirlərindən xəbər verir: “Mayda temperaturun 30 dərəcəni keçməsi artıq nadir hadisə olmaqdan çıxıb. Bu, atmosferin aşağı qatlarının sürətlə qızması və ‘isti dalğalarının’ (heat waves) daha erkən gəlməsi ilə bağlıdır. Lakin may ayındakı temperatur təkbaşına yayın qovurucu keçəcəyinə dair 100 faizlik bir göstərici deyil. İqlim proqnozları göstərir ki, 2026-cı ilin yayı anomal istilərlə yadda qala bilər, çünki Xəzər dənizi üzərindəki hava kütlələrinin sirkulyasiyası və cənubdan gələn tropik hava axınları builki yay fəslinin əvvəlki illərdən daha quraq və isti keçəcəyinə dair ciddi siqnallar verir”.

Onun sözlərinə görə, temperaturun yüksəlməsi həm də ekoloji tarazlığın pozulması ilə bağlıdır: “Şəhərlərdə betonlaşmanın artması və yaşıllıqların azalması ‘isti ada’ effektini gücləndirir. Bu da o deməkdir ki, kənarda 32 dərəcə olan hava Bakının mərkəzində 35-36 dərəcə kimi hiss olunur. May ayındakı bu erkən istilər kənd təsərrüfatı üçün də risklidir, çünki rütubətin sürətlə buxarlanması torpağın quraqlaşmasına səbəb olur. Əgər iyun ayının əvvəllərində də temperatur 35 dərəcəni keçərsə, biz rəsmi olaraq son onilliyin ən isti yaylarından birinə hazırlaşmalıyıq”.

Ekoloq vurğulayıb ki, vətəndaşlar və aidiyyəti qurumlar anomal yay fəslinə indidən hazır olmalıdırlar: “May ayı bir növ ‘məşq’ xarakteri daşıyır. Bizim proqnozlarımıza görə, iyul və avqust aylarında havanın temperaturu bəzi bölgələrdə iqlim normasını 3-5 dərəcə üstələyə bilər. Bu, təkcə insan sağlamlığı üçün deyil, həm də su ehtiyatlarının idarə olunması üçün ciddi çağırışdır. Qlobal iqlim trendləri 2026-cı ili rekord istilər ili kimi xarakterizə edir və Azərbaycan da bu coğrafi zəncirin bir halqasıdır. Buna görə də, enerji istehlakından tutmuş su təminatına qədər hər sahədə ekstremal isti hava şəraiti nəzərə alınmalıdır”.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://dogru.az
archiveBu xəbər 14 May 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri