Hava ilə bağlı TƏCİLİ MƏLUMAT Bakıda yağışdan sonra...
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə ərazisində yağıntılı hava davam edir.
Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Xidmətin oktyabrın 7-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. pizza mizza
Bakıda və Abşeron yarımadasında 9 mm yağıntı qeydə alınıb. Bu, aylıq yağıntı normasının 32 faizini təşkil edir.
Respublikanın rayonlarında ən çox yağıntı Astara və Yardımlıda qeydə alınıb. Belə ki, Astarada 14 mm, Yardımlı və Şirvanda 12 mm, Lənkəran və Neftçalada 10 mm, Lerikdə isə 9 mm yağıntı düşüb.
Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə isə 1-7 mm yağıntı qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 Oktyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















