Hava şəraiti ilə bağlı DİN dən MÜRACİƏT
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Davam edən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq gecə saatlarında yollarda gizli buzluluq dərəcəsinin artması müşahidə olunur”. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, polis əməkdaşları hərəkət iştirakçılarının təhlükəsiz şəkildə mənzil başına çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər: “Magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində çevik və operativ tədbirlər görülür, təhlükəsizlik tam təmin edilir. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, şaxtalı havada, xüsusilə də buzlaşma şəraitində enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının artacağı nəzərə alınmalı və zəruri təhlükəsizlik qaydalarına əməl edilməlidirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 25 Fevral 2025 04:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















