Hava şəraiti ilə əlaqədər baş verən qəzaların sayı açıqlanıb FOTO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda qarlı hava şəraiti ilə əlaqədər indiyə qədər 45 qəza baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib.
Bildirilib ki, yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə, texniki nasaz avtomobillərin yolda qalması sıxlıqların yaranmasına səbəb olub.
"Paytaxt ərazisində qarlı və küləkli hava şəraitinin olduğu gündən 26 fevral tarixinə qədər NİİM-in müşahidə kameralarının təsir zonasında 45 qəza baş verib, 61 texniki nasaz avtomobil yolda qalıb. Müvafiq tədbirlər görülməsi üçün dərhal Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib".
Baxış sayı:81
Bu xəbər 27 Fevral 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















