Hava şəraitinə görə Bakı Naxçıvan aviareysləri ləğv edilib
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 27-də planlaşdırılan Bakı-Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. “Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşların ştat rejimdə icrası davam edəcək. AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir”, - deyə məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı
12 İyun 2026 22:00
Bakı Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
13 İyun 2026 21:27
Bakı Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
24 İyun 2026 13:55
Bakı Naxçıvan aviareysləri bərpa olundu
07 İyul 2026 09:38
Hava şəraitinə diqqət
10 Aprel 2025 10:51
Baxış sayı:112
Bu xəbər 27 İyun 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















