Havadaykən açılan qapıdan tullanaraq xilas oldular Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Quba-Xaçmaz avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Barlı kəndi ərazisində baş verən hadisəyə səbəb nəqliyyat vasitələrindən birinin sürət həddini aşması olub.
Hadisə şahidlərinin sözlərinə görə, Quba-Xaçmaz istiqamətində hərəkət edən VAZ-2115 markalı avtomobil yüksək sürət ilə hərəkət edərək "Tofaş" markalı avtomobil ilə toqquşub.
Toqquşma nəticəsində VAZ-2115 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı Samur-Abşeron kanalının beton səddinə çırpılıb. Zərbənin təsirindən maşın kanalın kənarındakı torpaq yola aşıb. Maşında olan iki nəfər hadisə zamanı havada açılan qapıdan tullanaraq xilas olublar. Hər iki şəxs ciddi xəsarət almayıb.
Hadisənin anbaan görüntülərini təqdim edirik:
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 02 May 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















