Havay adalarında tropik qasırğa: 100 dən çox ev ziyan gördü
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Havay adalarında baş verən tropik qasırğa nəticəsində 150 mindən artıq sakin elektrik enerjisiz qalıb, 100-dən çox evə ziyan dəyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mənbənin məlumatına əsasən, adalarda 150 mindən çox abunəçi hələ də işıqsızdır. Havay, Honolulu və Maui dairələrində çox şiddətli külək əsir.
Regionun qubernatoru bildirib ki, qasırğa səbəbindən ən azı 100 ev qismən zədələnib və ya tamamilə dağılıb.
Bununla yanaşı, bütün dövlət və dairə müəssisələri, məktəblər, eləcə də məhkəmələr fəaliyyət göstərmir. Hazırda ərazidə güclü leysan yağışları davam edir.
Havayın Fövqəladə Hallar Agentliyi əhalini qasırğanın yarada biləcəyi təhlükələrə qarşı diqqətli olmağa və ehtiyat tədbirlərini davam etdirməyə çağırıb.
Əlavə olaraq, hava limanlarının açıq qalmasına baxmayaraq, həftəsonu regiona planlaşdırılan 190-dan çox uçuş təxirə salınıb, 52 reys isə ümumiyyətlə ləğv edilib.
Baxış sayı:160
Bu xəbər 17 Avqust 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















