Icma.az
close
up
RU
Hay həşir salıb şəhid adından istifadə edirlər, xalqa hörmətsizlikdir

Hay həşir salıb şəhid adından istifadə edirlər, xalqa hörmətsizlikdir

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Çox təəssüf ki, son illərdə şəhid adından istifadə ilə bağlı mənfi tendensiya var. Bu da cəmiyyətimizdə müzakirələrə səbəb olmaqla yanaşı, həm də ictimai qıcıq yaradır".

Bu sözləri Ölkə.Az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib. 

O, ölkəmizdə şəhid yaxınları və qazilərin hüquqlarının yazılan və yazılmayan qanunlarla qorunduğunu söyləyib:

"Həmin insanlar fədakarlıq ediblər, heç bir təmənna güdmədən xalq, vətən uğrunda canlarını qurban veriblər. Amma digərlərinin şəhid adından istifadə edərək, dəxlisiz yerlərdə, mənasız işlərdə istifadə edib irəli düşməsi ən azı etik deyil, ayıbdır. Bəzi məsələlər var ki, bunlar yazılmamış qanunlardır, mənəvi dəyərlərdir.

Fikir verin, bir çox şəhid ailələri, müharibə əlilləri qazilər var ki, heç səsini belə çıxarmır, nə isə tələb etmir. Amma bir qrup insanlar var ki, qaziliyindən istifadə edib hay-həşir salır, hər şeydən nəsə qoparmağa çalışır. Bəzən isə şəhid ailələrinin üzvləri yox, yaxın qohumları bundan istifadə etməyə çalışırlar. Axı bu adam ona görə şəhid olmayıb ki, sonra onun adından kimlərsə hər yerdə nə üçün gəldi istifadə etsin. Bu, şəhidin ruhuna, xalqa hörmətsizlikdir, "şəhid" sözünü dəyərdən salmaq, mənəvi dəyərləri təhqir etməkdir. Onsuz da dövlətimiz bu məsələyə çox həssas yanaşır. Şəhid ailələrinin üstün hüquqları, hətta bir çox yerlərdə onların növbəsiz buraxılması, dövlət orqanlarında, müxtəlif obyektlərdə onlara güzəştlə yanaşılması və s. bir çox qanunlarla təsbit olunub.

Hətta bu qanun olmayan yerlərdə belə, insanlar özləri bu hörməti göstərirlər. Yəni istər fiziki şəxs olsun, istər obyekt sahibi imkanı çatırsa, şəhid yaxınlarına müəyyən güzəştlər edirlər. Amma bundan sui-istifadə etmək, artıq fürsət güdmək, önə çıxmaq, kimlərdənsə üstün görünmək, nəsə qoparmaq istəyi qəbulolunmazdır. Bu, nə hüquqi, nə də mənəvi-psixoloji olaraq düzgündür. Hüquqi cəhətdən yanaşanda haqqı olmadan qanunda göstərilməyən şeyi tələb etmək olmaz. Uzaqbaşı xahiş etmək olar".

E.Bayramov deyib ki, sui-istifadə hallarını yalnız ictimai qınaq sayəsində aradan qaldırmaq mümkündür:
"90-99% hallarda inanlar biləndə ki qarşısındakı şəhid qohumudur imkan daxilində nəyisə edir. Amma təsəvvür edin ki, bir adam 5 manata bir şey alıb, 6 manata satırsa, ondan həmin məhsulu 4 manata istəmək düzgün deyil. Sən şəhid ailəsinin üzvü ola bilərsən, amma başqalarını zərərə salmamalısan. O, bəlkə, səninlə razılaşar, amma sənin vicdanın buna yol verməməlidir.

Əgər insanlar hamısı vicdanlı, təvazökar olsa, belə müzakirə və mübahisələrə ehtiyac qalmaz. Şəhid ailəsi kimi xahiş edirsənsə, bu nəzərə alınar, amma sui-istifadə halının mənəvi və hüquqi əsası yoxdur.
Bəzi məsələlər var ki, dövlət onu hüquqi olaraq tənzimləyə bilmir. Ona görə də burada ictimai qınaq olmalıdır. Belələrinə cəmiyyət başa salmalıdır ki, etdiyi hərəkət etik və mənəvi normalara uyğun deyil. 
Onsuz da sən desən də, deməsən də, bu xalq öz qazi və şəhidlərinə necə hörmətlə yanaşır. Bunu müharibə vaxtı da, bu gün də görürük. 

Avtomobilinə "qazi" yazıb nömrəsiz sürən, qayda pozan, min oyundan çıxanlar var ki, hətta yol polisləri belə onlara güzəşt edir. Kimsə gedib şəhid olmayıb ki, sən nömrəsiz avtomobil sürüb avtoşluq edəsən, amma yenə də buna göz yumulur. 

Cəmiyyət ictimai qınaq prosesi vasitəsilə elə bir mövqe ortaya qoymalı, bu insanlara başa salmalıdır ki, sənin bu hərəkətin yolverilməzdir. 
O başa düşməlidir ki, bu hərəkəti başqalarında ikrah yaradır. Dövlət nə mümkündürsə, edir, çalışır ki şəhidlərimizin ailələrinin, qazilərimizin sosial problemlərini həll etsin. Mənzil də verir, avtomobil də verir, işə də qoyur, xaricdə müalicəsini də təşkil edir, amma sui-istifadə edənlər cəmiyyətdə qıcıq yaradır və görülən işlərin üzərinə kölgə salır". 

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Fevral 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri