“Hayduk” “Zirə”nin önünə təcrübəsiz futbolçuları çıxaracaq? yeni transferlər açıqlandı
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Xorvatiyanın “Hayduk” komandası heyətini üç yeni futbolçu ilə gücləndirib.
“Football-plus.az” xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq komanda Dominik Babiç, Lovre Lonçar və Duye Milişiçlə ortaq məxrəcə gəlib.
Babiç “Osiyek”in (Xorvatiya) U-19 komandasından transfer edilib. Split təmsilçisi sağ cinah yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalayıb. O, ötən mövsüm Xovariyanın U-19-lar arasında keçirilən çempionatı çərçivəsində meydana çıxdığı bir matçda bir qolla yadda qalıb. “Hayduk” onu azad agent kimi sıralarına qatıb.
Lonçar və Milişiç isə klubun öz akademiyasının yetirmələridi. 19 yaşlı hücumameyilli yarımmüdafiəçi Lonçarla 2, 18 yaşlı sol cinah yarımmüdafiəçisi Milişiçlə isə 3 illik müqaviləyə qol çəkilib.
KƏNAN BAHADIR


