Hazırda həbsdə olan erməni oliqarxın yaratdığı partiya parlament seçkisində iştirak edəcək
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hazırda həbsdə olan erməni iş adamı Samvel Karapetyanın yaratdığı partiya Ermənistanda parlament seçkisində iştirak edəcək.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun qardaşı oğlu Narek Karapetyan "Mer dzevov" ("Öz yolumuzla") könüllülər hərəkatının təqdimat mərasimində məlumat verib.
Məlumata görə hərəkatın koordinasiya şurasının sədri, iş adamının qardaşı oğlu Narek Karapetyan bildirib ki, bu hərəkat qeyri-siyasi olacaq və ölkəyə, cəmiyyətə xidmət etməyə hazır olan insanları bir araya gətirəcək. Hərəkat müxtəlif peşə və təbəqələrdən olan insanları birləşdirəcək.
Onun sözlərinə görə, hərəkatın yaradılması ilk mərhələdir.
"İkinci mərhələdə isə siyasi partiya yaradılacaq və bu partiya qarşıdan gələn parlament seçkisində iştirak edəcək", - deyə Karapetyan bildirib.
Koordinasiya şurasının rəhbəri, həmçinin hakimiyyət nümayəndələrini dövlət xadimlərinə çevrilmək əvəzinə "sarı mətbuat jurnalistləri" olaraq qaldıqlarını vurğulayıb.
Baxış sayı:50
Bu xəbər 29 Avqust 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















