Icma.az
close
up
RU
Hazırın “nazir”ləri… Təbriz VƏFALI YAZIR

Hazırın “nazir”ləri… Təbriz VƏFALI YAZIR

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Təbriz VƏFALI

***

Səhər çağlarında cındırından cin hürkən bir kasıb gəlir Məhəmməd Peyğəmbərin yanına, deyir ki, ey Allahın elçisi, mən çox yoxsulam, ailəm, külfətim uçuq-sökük daxmada ehtiyac içində yaşayır. Gündəlik bir qarın çörəyə möhtacıq. Allah-təalaya mən əvəzdən xahiş elə, mənə, ailəmə pul, ruzi-bərəkət yetirsin. Peyğəmbərimiz ona ürək-dirək verir ki, get günorta namazından sonra gəl, sənin təvəqqəni, xahiş və ricanı Ulu Yaradana, Uca Tanrıya deyəcəm…

Günorta namazından sonra yoxsul yenə peyğəmbərin yanına gəlir və həyəcanla soruşur ki, Tanrımız nə dedi? İslam dininin yaradıcısı cavab verir ki, Uca Allah deyir ki bu kasıba hər şey vermişəm. Yoxsul şoka düşür və and-aman edir ki, ya peygəmbər, məni də, ailəmi də hər kəs tanıyır. Vallahi də, billahi də çox əziyyət çəkirik, dolanışığımız çox ağırdır. Bizə yazığınız, rəhminiz gəlsin, mərhəmət edin. 

Tanrının elçisi deyir ki, ey kasıb, Allah buyurur ki filan məhəlləyə gedəsən və görəcəksən sənə hər şeyi vermişəm, ya yox.

Yoxsul  həmin məhəlləyə gedir, baxıb görür ki, sakinlərdən birinin qolu, birinin ayağı yoxdur, birinin gözü kordur. Bir sözlə, məhəllədə yalnız sağlamlıq imkanları məhdud insanlar yaşayır. Qayıdıb gəlir peyğəmbərimizin yanına, deyir ki, ey Allahın sadiq qulu, Tanrı mənə hər şeyi verib, sağlam bədən, sağlam cüssə, ağıl, güc verib, deməli, mən işləməliyəm, zəhmət çəkməliyəm, halal qazancımla ailəmi dolandırmalıyam, özümə, ailəmə bir gün ağlamalıyam…         

Azərbaycan dünyanın yeğanə ölkəsidir ki, bu məmləkətdəki qədər nazir Yer planetindəki diğər dövlətlərdə yoxdur. Bu siyahıya Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təyin edilmiş Baş nazir və onun 3 müavini, eləcə də 17 nazirdən əlavə, 10 minlərcə insan da “nazir”dir. Söhbət isə hazırın “nazir”ləri olanlardan gedir. 

Atalarımızın, babalarımızın, ulularımızın məşhur sözü var: “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”.

Azərbaycan müstəqillik qazanandan üzübəri heç bir iş görmədən, heç bir zəhmət çəkmədən, asanlıqla hər şeyi əldə edənlər, başqalarının zəhmətləri hesabına fayda qazanananlar, hazırca kökə tapmaq istəyənlər hazırın “nazir”ləri hesab olunurlar. Çalışqanlıqdan, zəhmətdən, əziyyət çəkməkdən imtina edən bu tənbəl “nazir”lər həmişə “ver yeyim, ört yatım, gözlə canım çıxmasın” şüarını əsas tuturlar. 

Əksər subaylar, xüsusilə də gənc oğlanlar və qızlar hazırın “nazir”ləri olmaq üçün varlı, imkanlı  ailələrin övladları ilə ailə qurmağa cəhd göstərirlər. 

Hələ hazırın “naziri” olmaq üçün işsiz kimi status qazanmaq, dövlətdən işsizlik müavinəti almaq üçün dəridən-qabıqdan çıxanlar da yetərincədir. 

Baxırsan ki, cavan, sağlam adamdır, səhhətində heç bir problem yoxdur, ağlı başındadır, amma di gəl ki tənbəllik xəstəliyi bütün canını, bədənini, ruhunu bürüyüb. İşləmək, əziyyət çəkmək istəmir.

Hazırın “nazir”lərindən bəziləri valideynlərin min bir zəhmətlə, məşəqqətlə qazandıqlarını saga-sola xərcləməklə, bahalı avtomobillər sürməklə, bahalı restoranlarda yeyib-içməklə, əylənməklə asudə vaxtlarını “öldürürlər”. 

Havayı, müftə qazanc əldə etmək üçün oğurluq, soyğunçuluq, xuliqanlıq, dələduzluq və hətta fahişəlik edən, narkotik və psixotrop maddələr və digər qanunsuz mal və məhsullar satan hazırın “nazir”ləri də çoxdur. 
Ona görə də xoşbəxt və firəvan gələcəyimiz naminə tənbəlliyinin, müftə qazanc əldə etməyin dəhşətli virus kimi canımıza hopmasının qarşısını almaq üçün insanların, xüsusilə də gənclərin halal zəhmətə alışdırılması, onların alın təriylə, halal yolla pul və ruzi qazanmaları üçün dövlət də, valideynlər də əlbirliyi ilə əllərindən gələni etməlidirlər. 

Yoxsa sonra gec olacaq, vətəndaşlarımız, xüsusilə də gənclərimiz arasında  hazırın “nazir”ləri, pulun kölələri artdıqca Azərbaycanın  gələcəyini etibar edəcəyimiz gəncliyimiz günəşli sabahımızı zülmət qaranlığa qərq edəcək…

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 İyul 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri