Icma.az
close
up
RU
Hazırkı heyətlə orada heç də asan olmayacaq

Hazırkı heyətlə orada heç də asan olmayacaq

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ” UEFA Çempionlar Liqası əsas mərhələsinə doğru irəliləyir.

Azərbaycan çempionu Skopyedə 1:0 hesabı ilə qalib gəldiyi “Şkendiya” səddini uğurla keçsə, sonrakı rəqib könə tanışlardan biri olacaq. Son üç ildə həm “Ferentsvaroş”, həm də “Ludoqorets”i mübarizədən kənarlaşdıra bilib - özü də evdə onlarla bacarmasa da, səfərdə inamlı qələbələr qazanıb (müvafiq olaraq, 3:1, 7:2). Rəqiblər vaxtilə aldıqları “futbol dərsi”ndən nəticə çıxarıblarmı?

Bu mövsüm avrokuboklarda ardıcıl üçüncü qələbəsini qazanan “Qarabağ”a Şimali Makedoniya təmsilçisi böyük problem yaradacaq gücdə deyil. Bizim çempion vaxtilə bunu “Metalurq Skopye” (1:1, 5:2, 1:0, 2:0) və “Sileks” (4:0) kimi komandalarla oyunlarda sübut edib.

“Şkendiya”ya gəlincə, oyun ərzində qapı çərçivəsinə zərbələrin sayında meydan sahiblərinin 7-6 hesablı üstünyü qeydə alınsa da, qonaqların qapısı qarşısında qol vəziyyətləri, demək olar ki, yaradılmadı.

Rəqibin futbolçuları texnikalı olsalar da, Avropa təcrübələrinin azlığı aşkar sezilirdi. Xüsusilə geydiyi 11 nömrəli formaya uyğun olmayaraq, cinah müdafiəçisi mövqeyində oynayan və adı ilə diqqət çəkən yamaykalı Ronaldo Vebsterin birinci hissədə meydanın mərkəzində “Qarabağ”ın bir neçə futbolçusunu driblinqlə keçməsi alqışalayiq idi.

"Şkendiya"nın ən təcrübəli futbolçusu Besart İbraimi avrokuboklarda ümumilikdə 29 qol vurub, halbuki “Qarabağ”da belə məhsuldarlığı indiyədək heç kim göstərə bilməyib. Amma yaşı 39-a çatmaqda olan hücumçudan əvvəlki çıxışı gözləmək sadəlöhvlük olardı.

90 dəqiqə boyunca oyuna nəzarət edən “Qarabağ” da kifayət qədər qol vəziyyətləri yaratmasa da, rahatlıqla istədiyi nəticəni əldə edə bildi. Komandanın döyünən ürəyi Marko Yankoviçin də zədəsini sağaldaraq qayıdışı müsbət məqamlardandır.

Yeni transferlərdən start heyətində yer alan braziliyalı yarımmüdafiəçi Pedro Bikalyo hələ ki, ümidləri doğrultduğundan baş məşqçi Qurban Qurbanov bu mövsüm hər üç oyunda ona güvənib. İkinci hissədə kot d’vuarlı yarımmüdafiəçi Kris Kuakuya da şans verildi. Yenilərdən mərakeşli mərkəz müdafiəçisi Sami Mmaee və braziliyalı sağ cinah müdafiəçisi Dani Bolt isə ehtiyatda qaldılar. Ən yeni transfer - ispaniyalı yarımmüdafiəçi Xoni Montiel isə “Şkendiya” ilə oyunlar üçün iştirak ərizəsində, ümumiyyətlə, yer almayıb.

Mənfi cəhət kimi ötən mövsümün bombardiri Leandro Andradenin “dişsizliy”ini qeyd etmək mümkündür. Hücumda Nəriman Axundzadənin ümidinə qalan komanda isə Çempionlar Liqasında “nəsə edə” bilməz.

Kadi də əvvəlki formasından uzaqdır və tez-tez səhvlərə yol verirdi. Amma Qurban Qurbanov deyir ki, “bu gün bunu müzakirə etməli deyilik, çünki rəqibin gücünü də nəzərə almaq lazımdır”. Bununla belə, baş məşqçi etiraf edir: “Ola bilər bəzi epizodlarda zəif təsir bağışladı”. Səbəbini də açıqlayır: “Ona qarşı rəqib müdafiəçilər daha çox diqqət ayırırdılar. Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz”.

Bu da Qurban Qurbanovun ilk oyun və cavab qarşılaşması ilə bağlı fikirlərinin qısa xülasəsi: “Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox olsa da, yekunda lazım olan nəticəni qazana bildik. Bakıda “Şkendiya”ya qarşı daha diqqətli oynamalıyıq. Çünki qarşımızda məğlub olmağı sevməyən bir komanda var”.

Qarşıda hələ, necə deyərlər, bir yarım mərhələ var. “Qarabağ” 2017-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə qatılmağa yaxındır. Amma hazırkı heyətlə orada heç də asan olmayacaq...

Rasim Mövsümzadə
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Avqust 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see205

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see151

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see148

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see147

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see146

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see143

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see143

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see141

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see141

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see140

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see140

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see140

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see139

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see139

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see138

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see137

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see133

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see132

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri