Icma.az
close
up
RU
“Hazırkı Konstitusiya dəyişiklikləri Naxçıvanın muxtariyyətinə xələl gətirmir”

“Hazırkı Konstitusiya dəyişiklikləri Naxçıvanın muxtariyyətinə xələl gətirmir”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

"Milli Məclisə təqdim olunan Naxçıvan Muxtar Respublikasına dair dəyişikliklər layihəsi ölkənin dövlət idarəçiliyində institusional harmoniyanın gücləndirilməsi istiqamətində mühüm bir addım kimi qiymətləndirilir. Bu dəyişikliklər Naxçıvanın idarəetmə modelində köklü transformasiyanın başlanğıcını qoyaraq, mərkəzləşdirilmiş və funksional idarəetmə konsepsiyasının dərinləşdirilməsinə xidmət edir. Layihə muxtariyyətin hüquqi çərçivədə qorunması ilə yanaşı, onun ümummilli hüquq sisteminə inteqrasiyasını təmin etməyi hədəfləyir".

Bunu "Yeni Sabah"a "Konstitusiya Araşdırmalar Fondu"nun rəhbəri Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, Naxçıvan MR Komissiyasının dəyişikliklər layihəsi təkcə hüquqi düzəlişlər toplusu deyil, həm də Azərbaycan Respublikasının dövlət idarəçiliyində institusional harmoniyanın təmin edilməsi yolunda strateji addımdır: 

"Muxtar modelin yeni konfiqurasiyası Naxçıvanın idarəetmə mexanizmlərinin Əsas Qanuna ümumi şəkildə yenidən tənzimlənməsini nəzərdə tutur. Bu, ilk növbədə, aşağıdakı istiqamətlərdə özünü göstərir: ali vəzifəli şəxs, yəni Ali Məclis sədrinin idarəetmədə xüsusi statusu aradan qaldırılır. Bu isə Naxçıvanın siyasi-hüquqi modelində artıq simvolik yox, real icra hakimiyyəti təmsilçisi ilə əvəz olunur.

Prezidentin səlahiyyətli nümayəndəliyi institusional çərçivəyə salınıb. Bu isə ümumi təmsilçiliyi və icra funksiyalarını vahid mərkəzdən əlaqələndirilməsinə şərait yaradır. Bu dəyişiklik klassik konstitusional doktrinada unitar dövlət baxımından muxtariyyətin funksional inteqrasiyası modelə uyğunluq təşkil edir. Yəni Konstitusiyaya uyğunlaşdırma baş verir.

İcra hakimiyyətinin səmərəliliyinin artırılması və paralel idarəetmənin aradan qaldırılması əvvəlki dövrlərdə Naxçıvanda həm Ali Məclis, həm də Nazirlər Kabinetinin rəhbərliyi tərəfindən müxtəlif formalarda dövlətin icra funksiyasının həyata keçirilməsi ilə müşayiət olunurdu. Bu ikilik inzibati resursların böyüməsinə, normativ aktların status və hüquqi qüvvəsində ziddiyyətlərə, hesabatlı mexanizmlərdə qeyri-müəyyənliyə səbəb olurdu. Yeni dəyişikliklərlə bu struktur təkrarlanması aradan qaldırılıb, Prezidentin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının yaradılması və ləğvi təsbit olunub. Bu, siyasi nəzarət və inzibati məsuliyyətin eyni mərkəzdə cəmlənməsi deməkdir.

Digər məsələ isə normativ-hüquqi bazar üzərində də bu dəyişikliklərin təkmilləşdirmələrə gətirib çıxaracağıdır. Belə ki:

- “Sərəncam” kimi aktlar arasında fərqin dəyişdirilməsi;

- Normativ hüquqi akt ifadəsinin istifadəsi; fərman, təklif, qanun və təyinat terminlərinin sistemli şəkildə redaktə olunması.

Bütün bunlar qanunvericilik texnikasının və hüquqi müəyyənlik prinsipinin möhkəmləndirilməsinə xidmət edir. Bu yanaşma hüquq sistemində tətbiq boşluqlarını azaldır, məhkəmə və icra orqanlarının normativ aktlarının vahid məntiq üzrə tətbiq edilməsinə şərait yaradır. Eyni zamanda, dəyişikliklər hüquqi sabitlik balansını təmin edəcəkdir.

Bu dəyişikliklər Muxtar Respublikada icra sərhədlərinin Prezidentə yaxınlaşdırılması ilə mərkəzi nəzarətin təmin olunması, normativ əsasların aydınlaşdırılması ilə hüquqi sabitliyin qorunulması və tərtiblərlə bağlı mexanizmlərin Prezidentin birbaşa səlahiyyətlərinə verilməsi ilə idarəetmə, çevik qərarvermə mexanizmləri yaradılır.

Konstitusiya 1991-ci ildən bu günə qədər vahidlik və bütövlük prinsipləri əsasında formalaşmış dövlətçiliyi qorumağa çalışır. Naxçıvan Muxtar Respublikasının idarəetmə modelində də bu dəyişikliklər tarixi muxtariyyət hüququna toxunmadan onun idarəetmə formalarını yeniləyib, Qarabağdan sonra Naxçıvanın hüquqi və idarəetmə strukturu milli sistemə uyğunlaşdırılması təmin edilir. İqtisadi layihələrdə Naxçıvanın iştirakını daha çevik formaya gətirir.

Bütün bu dəyişikliklər inteqrasiyalı idarəetmə, hüquqi ardıcıllıq və funksional muxtarlığın tətbiqinə gətirib çıxaracaq. Hazırkı Konstitusiya dəyişiklikləri Naxçıvanın muxtariyyətinə xələl gətirmədən onun idarəetmə mexanizmlərinin Azərbaycan ümumi hüquq sisteminə inteqrasiyasını təmin edir. Bu isə dövlətin strateji idarəetmə qabiliyyətini daha da artırır".

Rəvan Rzazadə  


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyun 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri