Icma.az
close
up
RU
AZƏRBAYCAN KONSTİTUSİYA REFERENDUMUNA GEDİR Naxçıvanın statusu dəyişdirilir, icra hakimiyyətləri ləğv olunur...

AZƏRBAYCAN KONSTİTUSİYA REFERENDUMUNA GEDİR Naxçıvanın statusu dəyişdirilir, icra hakimiyyətləri ləğv olunur...

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Zaur Məmmədov: “2025-ci ildə Azərbaycan Konstitusiyası və dövlət idarəetməsi üzrə yeni mərhələyə keçir”

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi hüquqi və siyasi sistemdə dərin transformasiyanın başlanğıcıdır”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Azərbaycanda Konstitusiya referendumunun keçiriləcəyini bildirən ekspertin sözlərinə görə, qarşıdakı dövrdə planlaşdırılan ümumxalq səsverməsi – referendum, yalnız texniki dəyişiklikləri deyil, dövlətin suverenlik anlayışı, idarəetmə modeli və ərazi-inzibati arxitekturası üzrə strateji dönüşü nəzərdə tutur.

Zaur Məmmədov qeyd etdi ki, referendumun əsas fəlsəfəsi Azərbaycanın post-münaqişə dövründə yeni reallıqları nəzərə alaraq milli hüquqi sistemini xarici hüquq istinadlarından təmizləmək və tam suveren normativ bazaya keçməkdir: “Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyası sonrakı illərdə - 2002, 2009 və 2016-cı illərdə dəyişikliklərə uğrasa da, bu dəfə planlaşdırılan dəyişikliklər daha genişmiqyaslı və strateji olacaq. Bu dəyişikliklər dövlətin hüquqi sistemini müasirləşdirmək və suveren hüququ gücləndirmək məqsədi daşıyır”.

O bildirdi ki, Konstitusiyaya təklif olunan düzəlişlər 4 əsas faktora əsaslanır:

Post-münaqişə reallıqları – işğaldan azad edilən ərazilərin vahid hüquqi çərçivəyə inteqrasiyası;

Suverenlik anlayışının yenidən tərifi – beynəlxalq müqavilələrə istinadın azaldılması, milli hüququn əsas götürülməsi;

Rəqəmsal dövrün çağırışları – informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə üçün hüquqi mexanizmlərin təkmilləşdirilməsi;

İdarəetmənin modernləşdirilməsi – Prezident və hökumət arasında səlahiyyət bölgüsünün çevikləşdirilməsi.

Zaur Məmmədov vurğuladı ki, Konstitusiyanın 3-cü maddəsinə əsasən referendum xalqın birbaşa iradəsini ifadə edən ali hüquqi vasitədir: “Bu baxımdan nəzərdə tutulan dəyişikliklərin referendum vasitəsilə həyata keçirilməsi dəyişikliklərə legitimlik qazandırır, eyni zamanda xalqın siyasi proseslərdə iştirakçılığını gücləndirir”.

Onun sözlərinə görə, dəyişikliklər yalnız dövlət idarəçiliyinə deyil, ictimai konsensusa, qərarverici mərkəzlərin legitimliyinə və vətəndaşlarla dövlət arasındakı etimada da ciddi təsir göstərəcək.

Politoloq diqqətə çatdırdı ki, Konstitusiya dəyişiklikləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının statusunda ciddi dəyişikliklər baş verə bilər: “Çox böyük ehtimalla, “muxtar respublika” ifadəsi “vilayət” anlayışı ilə əvəz olunacaq. Bu, Naxçıvanın müstəqil qanunverici və icra strukturlarının - Ali Məclis və yerli hökumətinin funksiyalarının daralmasına səbəb olacaq”.

Məmmədov deyə bildirib ki, yeni islahat paketi Naxçıvanda yerli icra orqanlarının rəhbərlərinin birbaşa Prezident tərəfindən təyin olunmasını nəzərdə tutur. Bu isə vahid idarəetmə modelinin formalaşması, ərazi idarəçiliyinin mərkəzləşdirilməsi və paralel strukturların aradan qaldırılması baxımından mühüm addım olacaq.

Zaur Məmmədov qeyd etdi ki, 2025-ci ildə regional və yerli idarəetmə sistemində də köklü struktur islahatları planlaşdırılır. Onun sözlərinə görə, icra hakimiyyətləri sovet mirası kimi tarixə qovuşacaq və onların yerini koordinasiya əsaslı dövlət nümayəndəlikləri alacaq: “Bu dəyişiklik vahid hüquqi məkanın yaradılması, idarəetmədə çevikliyin təmin olunması və hesabatlılıq prinsipinin gücləndirilməsi baxımından önəmlidir”.

Politoloq vurğuladı ki, idarəetmə mexanizmlərinin mərkəzdən vahid şəkildə koordinasiya olunması institusional səmərəliliyi artıracaq, eyni zamanda regionlarda dövlət nəzarətini gücləndirəcək.

Məmmədov deyib ki, konstitusional dəyişikliklər həm də dövlət-vətəndaş münasibətlərində yeni mərhələ yaradacaq:

“Hədəf yalnız struktur dəyişikliklər deyil. Bu, idarəetmədə şəffaflıq, vətəndaş mərkəzli yanaşma və qərarların çevik icrası ilə müşayiət olunan innovativ modelin tətbiqidir”.

O əlavə edib ki, bu dəyişikliklər dövlətin strateji inkişaf xəritəsinə uyğun həyata keçirilir və uzunmüddətli dövr üçün hüquqi-inzibati sabitlik yaradacaq.

Zaur Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu konstitusion islahatlar, Azərbaycanın müasir çağırışlara uyğun idarəetmə sistemini formalaşdırmaq iradəsinin təzahürüdür: “Bu dəyişikliklər dövlətin suveren hüquqi bazasının gücləndirilməsi, milli idarəetmənin təkmilləşdirilməsi və ictimai legitimliyin dərinləşdirilməsi baxımından fundamental əhəmiyyət daşıyır”.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri