Icma.az
close
up
RU
Hazırlıq başladı: İran geri çəkilir, Bakı ilə razılaşacaq

Hazırlıq başladı: İran geri çəkilir, Bakı ilə razılaşacaq

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İran Cənubi Qafqazda itki verəcəyini hiss edərək, kompromisə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bunu analitik Aqşin Kərimov deyib.

O bildirib ki, İsraillə kölgə döyüşləri, HƏMAS, “Hizbullah” üzərindən verdiyi itkilər, Suriyada mövqeyinin sarsılması Tehranın Cənubi Qafqazdakı “qırmızıxətli” ambisiyalarına sarsıdıcı zərbələr vurur:

“Çünki İranın regional təsirləri, ambisiyaları üçün formalaşdırdığı təhlükəsizlik zolaqları və proksi strukturlar indi ən aşağı vəziyyətdədir. Belə olan halda, Tehran öz baxışlarını dar bir cəbhəyə fokuslayır. Həmçinin daha uzunmüddətli perspektiv üçün Suriyada hakimiyyətin yenidən təşkilində iştiraka çalışacaq. Yəqin ki, Livandakı “Hizbullah”a yardım rolu oynamış təchizat marşrutları ilə bağlı təminatlar qoparmağa həvəslənəcək. Lakin bu, daha çətin görünür. Çünki İsrail Hələbi Dəməşqlə birləşdirən, Livan sərhədi boyunca uzanan şimal-cənub yolunda “Hizbullah”ın əsas təchizat yollarını pozmaq üçün nəzarəti ələ keçirir.

Beləliklə, İranın geosiyasi və regional riskləri onu “müttəfiqi” Rusiya ilə bərabər, rəqibləri ilə də konsensus axtarışına sövq edir. Rusiya Cənubi Qafqazda İranı dəstəkləyəcək mövqe nümayiş etdirmədiyindən Moskva Tehranı “Qafqaz güzəşti”nin qaçılmaz olduğuna inandırmağa məcburdur”.


Aqşin Kərimov

Analitik sözlərinə görə, İran hazırda davam edəm proseslər nəticəsində Bakı ilə uzlaşa bilər:

“Tehran həm daxili siyasətdəki hekayələri, həm də regional və beynəlxalq siyasətdəki korlanan izlər səbəbindən məcburi şəkildə Cənubi Qafqazda Azərbaycanın strateji maraqları ilə barışmağı seçə bilər. Bununla da Qafanda açdığı konsulluq geosiyasi risklərdə sadəcə olaraq simvolikləşir və Tehranın Azərbaycanın Zəngəzur dəhlizi ilə əlaqədar prioritetlərinə qarşı gücü zəifləyir.

Beləliklə, İranın Cənubi Qafqazda əvvəlki illərdəki aktivliyi daha az əhatəli maraqlarla əvəzlənir. Azərbaycan dəyişən geosiyasi mənzərədən istifadə edərək, strateji müttəfiqi Türkiyə ilə İranın zəifləmiş anını seçib maraqları naminə yeni reallıqlar yarada bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri