Həbib Nurməhəmmədov biznesini BƏƏ yə köçürüb
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yüngül çəkidə UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov Rusiyadakı bütün biznes fəaliyyətini dayandıraraq investisiyalarını Birləşmiş Ərəb Əmirliklərinə yönəldib. Bildirilir ki, o, hazırda xaricdə ildə təxminən 50 milyon dollar gəlir əldə edir.
İdman.Biz Rusiya KİV-ə istinadən xəbər verir ki, ötən il Nurməhəmmədov fərdi sahibkar kimi fəaliyyətini başa vurub, vergi borclarını bağlayıb və bloklanmış hesablarını açdırıb. Daha əvvəl onun şirkətlərində vergi hesabatları ilə bağlı problemlər yarandığı qeyd olunurdu.
2021-ci ildən etibarən o, “Rossi” fondundan, öz adını daşıyan xeyriyyə təşkilatından, “Hikmət Travel” turizm şirkətindən, “Sildi” geyim brendindən və “Pervıy Mobilnıy” provayderindən ayrılıb. Həmçinin "Eagles" döyüş klubunu da başqa şəxsə təhvil verib.
Bununla bərabər qaydasız döyüşçünün BƏƏ-də biznesi sürətlə böyüyür. O, "KHABIB GYM" adlı idman zalları şəbəkəsini qurub və illik təxminən 6 milyon dollar royalti gəliri əldə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 16 Fevral 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















