Həbs olunan Azərbaycan diaspor rəhbəri vitse prezident imiş
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada həbs olunan Azərbaycan diaspor rəhbəri Ruslan Məmmədovla bağlı yeni məlumat ortaya çıxıb.
Lent.az xəbər verir ki, R. Məmmədov Perm diyarı Cüdo Federasiyasının vitse-prezidenti imiş Onun bu vəzifəyə 2025-ci ilin mart ayında təyin olunduğu bildirilir.
Qeyd edək ki, Ruslan Məmmədov Federal Təhlükəsizlik Xidməti və Rusiya Qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb. Permin Leninski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
O, rüşvət verməkdə vasitəçi olmaqda ittiham olunub. İstintaqın iddiasına görə, Məmmədov bir miqranta barəsindəki cinayət işinə xitam verilməsi üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına pul çatdıracağını vəd edib.
Məmmədovun həmçinin “Perm diyarı Azərbaycan Xalqları Assambleyası” regional ictimai təşkilatının fəallarından biri olduğu qeyd olunur.
Məlumata görə, Ruslan Məmmədov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 22 Avqust 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















