Icma.az
close
up
RU
Həbs olunub cəza çəkən dələduz hansı halda maddi ziyanı ödəməyə bilər? VACİB MƏQAM KONKRET

Həbs olunub cəza çəkən dələduz hansı halda maddi ziyanı ödəməyə bilər? VACİB MƏQAM KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bütün dövrlərdə dələduzluq edib insanları aldadanlar, asan yolla pul qazanmaq həvəsinə düşənlər olub. Ən sonda ifşa edilib qanun qarşısında cavab verməyə məcbur olan həmin insanlar öz layiqli cəzalarını alıblar. Dəfələrlə bir nəfərin yüzlərlə insanı aldadıb, dələduzluq edib milyon manata yaxın ziyan vurmasının da şahidi olmuşuq. Bəs o halda tutulub cinayət məsuliyyətinə cəlb edilən adam qarşı tərəfə vurduğu maddi ziyanı necə ödəyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Vamiq Şükürov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə ziyanı vuran şəxs məsuliyyətə cəlb edilir və məhkəmə tərəfindən həmin zərərin ödənilməsi barədə qərar qəbul olunur:

“Eyni zamanda həmin şəxs cəzasını çəkdikdən sonra da maddi ziyanı ödəməlidir. Ümumiyyətlə, burada maddi ziayanın ödənilməsi barədə qərar şəxsin yaşadığı və yaxud da cəza çəkdiyi yerin icra şöbəsinə göndərilir. İcra şöbəsi ilk növbədə şəxsin adına daşınar və daşınmaz əmlakın, bank hesablarının, əmək haqlarının, təqaüdlərin olub-olmadığını yoxlayır. Əgər adına əmlak varsa, borcun ödənilməsi üçün həmin mənbələrdən tutmalar həyata keçirilir. Əgər sadalananlardan heç biri yoxdursa, o zaman şəxsin ölkədən çıxışına qadağa qoyulması, eyni zamanda şəxsin evində müəyyən əşyaların siyahıya alınması və satılaraq ödənilməsi üçün tədbir görülür. Əgər doğurdan da, şəsxin adına hər hansı bir ödənişin edilməsi üçün əmlak yoxdursa, işləmirsə, yaxud işləsə də aldığı əmək haqqı ödənişi etməyə imkan vermirsə, bu, artıq hüququn məşğul ola biləcəyi bir məsələ deyil. Çünki hüquq yalnız mümkün olan işləri nəzərdən keçirir. Bu, artıq tərəflərin öz riskidir. Çünki bir şəxs hər hansısa hərəkəti edərkən, məsələn, dələduzla iş biriliyinə gedərkən bunun məsuliyyətini də ilk növbədə iradəsi ilə qərar verən şəxs kimi özü daşıyır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Mart 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri