Icma.az
close
up
RU
Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? DETALLAR

Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? DETALLAR

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Rövşən Telman oğlu Əkbərov birinci Qarabağ Müharibəsində iştirak edib.

"Yeni Sabah" xatırladır ki, ona Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

R.Əkbərov 1995-ci il mart hadisələri zamanı “OMON” silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi şücaətə və igidliyə görə 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib (1993-cü il; 1995-ci il).

R.Əkbərov 2011-2020-ci illərdə Ordu korpuslarından birinin komandiri olub. 2020-ci ildə vəzifəsindən azad edilib.

2021-ci ilin oktyabrında R.Əkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O Ukraynada azərbaycanlı iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilib.

Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhərində baş verib. İstinqa müəyyən edib ki, R.Əkbərov Elçin Əliyev ilə aralarında yaranmış münaqişə zamanı sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək onu qəsdən öldürüb. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Məhkəmə R.Əkbərovun hərbi rütbəsinin və fəxri adının alınmasını zəruri hesab etməyib. Buna səbəb kimi rütbə və fəxri adın geri alınması üçün təqdimatın olmadığı göstərilib.

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov artıq 5 ildir ki, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir./Modern.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Noyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri