Icma.az
close
up
RU
Həbsdə olan Rəşad Dağlının Namiq Qaraçuxurlu ilə fotosu yayıldı FOTO

Həbsdə olan Rəşad Dağlının Namiq Qaraçuxurlu ilə fotosu yayıldı FOTO

Həbsdə olan meyxanaçı Rəşad Dağlının həmkarı Namiq Qaraçuxurlu ilə fotosu yayılıb. 

News24.az xəbər verir ki, Manset.az-ın məlumatına görə, fotonun Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə Bakıda keçirilən toyda çəkildiyi bildirilir. 

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) 2022-ci il noyabrın 9-da qonşusu İskəndər Mehtiyevi Lökbatan dairəsi yaxınlığında qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Dağlı 9 il azadlıqdan məhrum edilib.

seeBaxış sayı:102
embedMənbə:https://news24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri