Həbsdəki diplomat məhkəmə qarşına çıxarıldı
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Gununsesi.info”-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. İlkin dinləmələrdən sonra işin məhkəmə baxışına verilməsi müzakirə edilib.
Növbəti iclas fevralın 12-nə təyin edilib.
Qeyd edək ki, eks – diplomat ötən ilin iyulunda həbs edilib. İttihama görə, təqsirləndirilən şəxsin bıçaqladığı şəxs ağır xəsarət alıb, amma onun həyatını xilas etmək mümkün olub.
Bununla belə Amin İbrahimov həbsini hökuməti tənqidləri ilə əsaslandırır.
O, ittihamları rədd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 05 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















