“Beşiktaş”ın futbolçusu vacib matçdan əvvəl səhərə qədər “Counter Strike” oynayıb İDDİA
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
UEFA Avropa Liqasında “Kristal Pelas”la 2:2 hesablı heç-heçə edən “Beşiktaş”ın futbolçusu Kartal Kayra Yılmaz yeni iddia ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə 22 yaşlı yarımmüdafiəçinin oyun ərəfəsində gecə saatlarına qədər kompüter oyunu oynadığı iddia olunub.
“Kristal Pelas”la qarşılaşmaya start heyətində başlayan Yılmaz ikinci hissədə əvəzlənərkən azarkeşlərin fitə basması ilə üzləşib. Matçdan sonra futbolçu ilə bağlı müzakirələr davam edib.
Sosial şəbəkələrdə yayılan iddialara əsasən, Yılmaz qarşılaşmadan əvvəlki gecə “Counter-Strike 2” oynayıb. Futbolçuya aid olduğu ehtimal edilən oyun hesabı ilə bağlı paylaşımlar müzakirələrə səbəb olub.
Lakin həmin hesabın həqiqətən Yılmaza məxsus olduğu və futbolçunun matçdan əvvəl gec saatlara qədər oyun oynadığı təsdiqlənməyib. “Beşiktaş” klubu və futbolçunun özü də iddia ilə bağlı rəsmi açıqlama verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 24 Oktyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















