Həbsdəki jurnalistlər Vahid Əhmədovun hakim oğluna etiraz edir HAKİMLİK TƏCRÜBƏSİ YOXDUR
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“AbzasMedia işi” üzrə həbsdə olan yeddi nəfərin – nəşrin təsisçisi və icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, “Turan” İnformasiya Agentliyinin şöbə müdiri Hafiz Babalı və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin haqqındakı hökmdən verilmiş apellyasiya şikayətinə baxılır.
Gununsesi.info xəbər verir ki, məhkəmə iclasında nəşrin baş redaktoru S.Vaqifqızı Bakı Apellyasiya Məhkəməsində onların işinə baxan hakimlər kollegiyasına etiraz verib. Etirazını əsaslandıran jurnalist yada salıb ki, məhkəmə prosesinə sədrlik edən Zəfər Əhmədov uzun illər deputat olmuş Vahid Əhmədovun oğludur.
“Atanızın sayəsində vəzifəyə təyin olunmusunuz. Bundan əvvəl də prokurorluqda işləmisiniz. Keçən il Qaradağ rayonunun prokuroru vəzifəsindən xaric edilmisiniz. Niyə vəzifədən xaric edildiyi də məlum deyil. Hakimlik təcrübəsi olmayan bir adam birdən-birə gəlib apellyasiya məhkəməsinin hakimi təyin olunur…”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 27 Avqust 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















