Icma.az
close
up
RU
Həbsxana insanı tərbiyələndirmir, cinayətə geri qaytarır Psixoloq

Həbsxana insanı tərbiyələndirmir, cinayətə geri qaytarır Psixoloq

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azad İsazadə: “Bir dəfə həbsxana həyatı yaşayan adamın içəri düşmək qorxusu yox olur”“5 il həbsdə qalan insan cəmiyyətə yox, məhbəs qanunlarına uyğunlaşır”

Son zamanlar baş verən cinayət hadisələri ilə bağlı xəbərlərdə “əvvəllər məhkum olunmuş şəxs” ifadəsinə tez-tez rast gəlinir. Bu isə əvvəllər məhkum olunmuş şəxslərin reabilitasiya problemini gündəmə gətirir. 

Məhkum edilən şəxslər azadlığa çıxandan sonra da təkrar-təkrar cinayət törədir, oğurluq edir, adam öldürürsə, bəs onda niyə həbsxanalara islah müəssisəsi kimi baxılır?! 

Mövzu ilə bağlı Sherg.az-a açıqlama verən psixoloq Azad İsazadə deyib ki, əvvəllər məhkum olunmuş şəxslərin yenidən məhbəs yerinə qayıtması problemi hər zaman aktualdır: 

“Cəmiyyətdə belə bir yanaşma var ki, bir dəfə məhbəsə düşənlər orada tərbiyələnir. Bu, yanlış düşüncədir. İnsan məhbəsə düşəndən sonra onun tərbiyələnmə prosesi getmir. Tam əksinə, oradakı yazılmamış qanunlar onun psixologiyasında müəyyən dəyişikliklər əmələ gətirir. Həmin dəyişikliklər sonradan şəxsin məhbəsə qayıdışını şərtləndirən əsas amillərdəndir. Hesab edirəm ki, məhkum olunmuş şəxslərin reabilitasiyası psixoloji durumlarından çox asılıdır. İlk dəfə həbs olunan şəxs cəzaçəkmə müəssisəsində yeni mühitlə üz-üzə qalır. Oranın öz ”qanunları", qaydaları var. Oğru dilində buna “varavskoy zakon” deyirlər. Məhbəsə ilk dəfə düşən şəxs oğru dünyasının üzvüdür, deyil, fərq etməz. İnsan, sadəcə, o qaydaları, qanunları qəbul edir. Həmin qayda-qanunlarda kobud ədalət var. Həmin kobud ədalət real ədalət deyil. Amma həmin şəraitə görə həmin qayda-qanunlar keçərlidir. İnsan həmin qaydaları qəbul edir. Etməsə, oradakı çoxluqda olan kontingentlə mübahisə yaranır. Ora ilk dəfə düşmüş şəxs - xırda bir cinayətə, avtoqəzaya görə həbsə alınmış insan içəridəki qaydalarla 4-5 il yaşayır. Həmin müddətdə cəmiyyət inkişaf edir. Həbsə alınan şəxs isə həmin inkişafdan kənarda qalır. Məhkumluq həyatı başa çatandan sonra isə inkişaf etmiş cəmiyyətə uyğunlaşa bilmir. Sosial, psixoloji reabilitasiya yoxdur. İş tapmaq problemi həll olunmur. Belə bir halda şəxs özünün 5 il yaşadığı mühitdə olan qayda-qanunlar ədalətli sayır. Biz gündəlik həyatda ədalətsizliklərlə rastlaşırıqsa, belə şəxslər 5 il ərzində formalaşan düşüncəsinə, psixologiyasına görə 2 qat daha artıq rastlaşır. Şüuraltı hesab edir ki, türmə daha ədalətlidir. Yəni psixoloji baxımdan içəri qayıtmaq üçün heç bir baryer qalmır. “Kişinin başına iş gələr” düşüncəsi hakim düşüncəyə çevrilir. İş 1 dəfə gəlibsə, fərqi yoxdur, 2-ci, 3-cü dəfə də, hətta 5-ci dəfə də gələ bilər. Məhbəsdə olmayan şəxsin içəri düşmək qorxusu var. 1 dəfə orada olandan sonra isə bu qorxu da aradan qalxır, adiləşir".

Psixoloqun sözlərinə görə, əvvəllər məhkumluq həyatı yaşamış şəxslərin reabilitasiyası üçün addımlar atılmalıdır: 

“Sivil ölkələrdə məhkumların reabilitasiyası üçün xüsusi proqramlar var. Hətta elə ölkələr var ki, məhkumların müəyyən kateqoriyası şənbə-bazar günləri öz evlərinə də gedə bilirlər. Digər tərəfdən isə azadlıqdan məhrum edilmiş, həbs müddətini bitməsinə 1 il qalmış şəxslərlə sosioloqlar, psixoloqlar çox ciddi şəkildə işləyirlər. Sosial, psixoloji reabilitasiya da məhz məhkum olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası məqsədi daşıyır. Şəxsin həbs müddəti bitəndə onun bircə hüququ - azadlıq hüququ bərpa olunur. Qalan hüquqları isə o, həbsə alınan andan özündə olur. Ona görə də cəmiyyətə inteqrasiyası çox rahat olur, təkrar cinayət yoluna qayıtmır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyun 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri