Icma.az
close
up
RU
Həbsxanada doğulan körpənin taleyi necə olur? “Ananın yanında...”

Həbsxanada doğulan körpənin taleyi necə olur? “Ananın yanında...”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin məlumatına görə, ötən ilin əvvəlindən 2026-cı ilədək cəzaçəkmə müəssisəsində 6 körpə dünyaya gəlib. Bu statistika hamilə və azyaşlı uşağı olan məhkum qadınların hüquqları, saxlanma şəraiti və dövlətin bu sahədə öhdəlikləri ilə bağlı bir sıra sualları gündəmə gətirib.

“Azərbaycan qanunvericiliyi hamilə qadın məhkumların digər məhkumlardan mütləq şəkildə ayrılmasını tələb etmir”.

Bunu “Yeni Sabah”a “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev danışıb. pizza mizza

Onun sözlərinə görə, qanunvericilik hamilə qadın məhkumların saxlanılması zamanı onların sağlamlığının və xüsusi ehtiyaclarının nəzərə alınmasını tələb edir:

“Həmin yanaşma Cəzaların İcrası Məcəlləsində məhkumların maddi-məişət və tibbi-sanitar təminatını tənzimləyən müddəalardan, eləcə də penitensiar müəssisələrin daxili qaydalarından irəli gəlir. Bundan əlavə, BMT-nin qadın məhkumlarla davranış və qadın hüquqpozanlara münasibətdə azadlıqdan məhrumetməyə alternativ tədbirlər haqqında qəbul etdiyi “Banqkok qaydaları”nın 48-52-ci bəndlərində hamilə qadınların doğuşa qədər və doğuşdan sonra tibbi xidmətlə, eləcə də sağlamlıq vəziyyətinə uyğun saxlanma şəraiti ilə təmin olunması xüsusi olaraq təsbit edilib. Yəni həm Azərbaycan qanunvericiliyində, həm də beynəlxalq hüquqda hamilə qadınlar üçün mühüm təminatlar nəzərdə tutulub. Bu, hər hansı imtiyaz deyil, insanın yaşamaq və sağlamlıq hüququnun təmin edilməsindən irəli gələn dövlət öhdəliyidir.

Hamilə qadınlara münasibətdə söhbət güzəştdən deyil, dövlətin həm ananın, həm də gələcək uşağın sağlamlığını qorumaq üçün üzərinə götürdüyü hüquqi öhdəlikdən gedir”.

Ə.Nuriyev bildirib ki, məhkum qadınlar, adətən, doğum evində uşaq dünyaya gətirir. Daha sonra körpəyə doğum haqqında şəhadətnamə verilir:

“Vacib hüquqi prinsip ondan ibarətdir ki, uşağın hüquqi statusu valideyninin məhkum olub-olmamasından asılı deyil. Konstitusiya və "Uşaq hüquqları haqqında" Qanun bütün uşaqların hüquqlarının bərabər qorunmasını təmin edir. Dövlətin məqsədi cəzanın icrasını təmin etməkdir, uşağın hüquqlarını məhdudlaşdırmaq deyil”.

Hüquqşünasın sözlərinə görə, qanun uşaqların 3 yaşınadək anaları ilə birlikdə cəzaçəkmə müəssisəsində qalmasına imkan verir:

“Azyaşlı uşaq müəyyən yaş həddinədək anası ilə birlikdə cəzaçəkmə müəssisəsində qala bilər. Bu məsələ Cəzaların İcrası Məcəlləsinin 92-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, qadın cəzaçəkmə müəssisələrində uşaq evləri yaradılır və uşaqlar 3 yaşınadək analarının yanında qala bilirlər.

Məlum norma humanizm prinsipinə və uşağın maraqlarının qorunmasına xidmət edir. Uşaq 3 yaşına çatdıqdan sonra yaxın qohumlarının himayəsinə verilə və ya qəyyumluq orqanlarının qərarı ilə digər şəxslərin himayəsinə verilə, yaxud uşaq evinə verilə bilər. Burada əsas meyar uşağın üstün mənafeyinin qorunmasıdır”.

Ə.Nuriyev qeyd edib ki, cəzaçəkmə müəssisəsində anaları ilə qalan uşaqların baxımı və tibbi xidməti dövlətin öhdəliyindədir:

“Cəzaçəkmə müəssisəsində anası ilə qalan uşağın qidalanması, tibbi xidməti və digər zəruri ehtiyaclarının təmin olunması dövlətin üzərinə düşür. Cəzaların İcrası Məcəlləsinin məhkumların maddi-məişət və tibbi təminatı ilə bağlı müddəalarına əsasən, həmin uşaqların qidalanması, tibbi xidməti və gigiyenik ehtiyacları penitensiar sistem tərəfindən qarşılanır. Bununla yanaşı, qanun ailə üzvlərinə də müəyyən olunmuş qaydada uşağa əlavə geyim, qida və digər zəruri əşyalar çatdırmağa imkan verir”

Fond prezidentinin sözlərinə görə, bəzi hallarda hamilə və ya 14 yaşınadək uşağı olan şəxsin cəzası təxirə salına bilər:

“Azyaşlı uşağı olan və ya hamilə məhkum qadınlar üçün qanunvericilikdə nəzərdə tutulan güzəştlər əslində güzəşt deyil, xüsusi hüquqi təminatlardır.

Belə təminatlardan biri Cinayət Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan cəzanın çəkilməsinin təxirə salınmasıdır. Həmin maddəyə əsasən, qanunda göstərilən şərtlər daxilində hamilə qadın və ya 14 yaşınadək uşağı olan şəxs barəsində cəzanın icrası məhkəmə tərəfindən təxirə salına bilər. Lakin bu norma bütün cinayətlərə şamil edilmir. Ağır və xüsusilə ağır cinayətlər üzrə qanunda müəyyən istisnalar mövcuddur.

Bundan əlavə, Cəzaların İcrası Məcəlləsinin 104-cü maddəsində müəyyən hallarda hamilə qadınların və azyaşlı uşağı olan məhkum qadınların cəzadan azad edilməsi və ya bu barədə məhkəməyə təqdimat verilməsi mexanizmi də nəzərdə tutulub.

Ümumilikdə qeyd etmək istərdim ki, müasir penitensiar hüququn əsas prinsipi ondan ibarətdir ki, cəza yalnız şəxsin azadlığını məhdudlaşdırır, analıq hüququnu və uşağın fundamental hüquqlarını isə aradan qaldırmır. Buna görə də hamilə və azyaşlı uşağı olan məhkum qadınlarla bağlı xüsusi hüquqi rejim dövlətin humanizm prinsipindən irəli gələn öhdəliyidir. Bu yanaşma həm Azərbaycan qanunvericiliyinin, həm də beynəlxalq hüquqi standartların tələblərinə uyğundur”.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 İyun 2026 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri