Həbsxanada halı pisləşən Mahir Polat xəstəxanaya aparılıb
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibinin müavini Mahir Polatın saxlandığı Silivri həbsxanasında halı pisləşib və dərhal xəstəxanaya aparılıb.
Sherg.az xəbər verir ki, bir müddətdir yüksələn təzyiqi düşməyən Polatın Mehmet Akif Ersoy Ürək-Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.
Jandarma və polis qruplarının nəzarətində xəstəxanaya gətirilən Polata ilkin tibbi yardım göstərilib. Alınan məlumata görə, Mahir Polatın təzyiqinin yüksəldiyi və nəzarətdə saxlandığı öyrənilib.
Mahir Polatın müalicə aldığı xəstəxanada sağlamlıq vəziyyətinin izləndiyi və müayinələrdən sonra lazım gələrsə, anji olunacağı öyrənilib.
Digər tərəfdən, Polatın həyatı üçün təhlükə olmadığı və onun kardiologiya reanimasiya şöbəsində müşahidə altında saxlanıldığı bildirilib.
Baxış sayı:161
Bu xəbər 30 Mart 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















