Heç bir danışıqlar Putinin tələbləri ilə davamlı sülhə gətirib çıxarmayacaq
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
"Putin müharibə ilə bağlı fikrini dəyişməyəcək".
Turkustan.az xəbər verir ki, müharibənin Tədqiqi İnstitutunun analitiklərinin fikrincə, Kremlin Qərb liderləri ilə danışıqlara hazır olmasına baxmayaraq, heç bir danışıqlar Rusiya hökmdarı Vladimir Putinin tələbləri ilə davamlı sülhün təminatı ola bilməz.
Kreml ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla heç bir “ilkin şərt” olmadan danışıqlara hazır olduğunu təsdiqləyib, lakin danışıqlarda mövqeyinin dəyişməz qaldığını qeyd edib.
Yanvarın 10-da Kremlin sözçüsü Dmitri Peskov Trampın Rusiya lideri Vladimir Putinlə görüşün təşkili ilə bağlı bəyanatına reaksiya verib və deyib ki, Putin beynəlxalq liderlərlə təmaslara açıqdır və “bunun üçün heç bir şərt tələb olunmur”.
Peskov, bununla belə, Kremlin Ukrayna ilə bağlı “dəfələrlə bəyan edilmiş” mövqeyini saxladığını bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 11 Yanvar 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















