Icma.az
close
up
RU
Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz... Zamanına oxşayan səksənincilər

Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz... Zamanına oxşayan səksənincilər

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən İlham Abbasovun “Səksənincilər” – zamanına oxşayan nəsil” yazısını təqdim edir.

Mətbuatda vaxtaşırı olaraq 80-ci illər ədəbi nəslinin “itmiş nəsil” kimi təqdim olunması ilə bağlı qızğın polemika baş verir. Bu, həqiqətən, belədir, yoxsa “Səksənincilər”in ədəbi boyu və çəkisi obyektiv, ya subyektiv səbəblər üzündən yetərincə aydın görünmür? Bu məsələyə aydınlıq gətirmək üçün həmin nəslə mənsub olan yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının təqdimatında hər cümə günü bir qələm sahibinin yaradıcılığını təqdim etmək qərarına gəldik.

Təqdimata önsöz kimi eyni nəslin nümayəndəsi, mərhum tənqidçi və publisist İlham Abbasovun ilk dəfə işıq üzü görən məqaləsini oxucularımıza çatdırırıq.


***

Ədəbi mühitimizdə yaradıcı nəsilləri onilliklər üzrə qruplaşdırmaq ənənəsi var. Amma bəziləri bu ideya ilə razılaşmayaraq, yaradıcı insanları nəsillərə bölməyi yanlış mövqe hesab edirlər.

Etiraf etmək lazımdır ki, bu fikirdədə olanların da öz həqiqəti var. Doğrudan da, sənəti nəsillər yox, fərdlər yaradır. Ancaq gəlin onunla da razılaşaq ki, öz sözü, öz siması olmayan fərdlərin toplumu amorf və xaotik kütlə yaradırsa, sənətdə öz yeri, mövqeyi olan istedadlı insanlar bir toplu halında birləşəndə yaradıcı nəsilləri formalaşdırırlar.

Bu gün heç kəs Azərbaycan ədəbiyyatında və ictimai fikrində “altmışıncılar” nəslinin mövcudluğu və dəyəri barədə mübahisə etmək fikrinə düşməz. Onların yenilikçilik missiyası ədəbiyyatımızın köhnəlmiş stereotip və doqmalardan xilas olaraq yeni inkişaf yoluna çıxmasında əvəzsiz rol oynamışdı.

“Səksənincilər” nəsli isə təkcə ədəbiyyatımızda deyil, ümumən ictimai həyatımızda silinməz izlər qoymuş möhtəşəm bir epoxanın - köhnə dövrün başa çatması, yeni tarixi mərhələnin başlanması epoxasının nümayəndələridir. Məsələ təkcə onların ədəbiyyata gəldikləri dövrün xarakterində, seçdikləri mövzuların, əks etdirdikləri ideyaların məzmununda deyil. Onlar həm də millətimizin yeni insan nəslinin təmsilçiləri - Vətənimizin çoxəsrlik tarixində xüsusi yeri olan, böyük sarsıntılar, təlatümlərlə müşayiət edilən KEÇİD DÖVRÜNÜN şahidləri və iştirakçıları, onun gətirdiyi yeni təfəkkür tərzinin daşıyıcıları və ifadəçiləridir.

Həzrət Əlinin məşhur bir kəlamını xatırlatmaq istərdim. O, deyir ki, uşaqlar valideynlərindən daha çox öz zəmanələrinə oxşayırlar. Yaradıcılıq baxımından, XX yüzilliyin 80-ci illərinin övladı olan bu ədəbi nəsil də ən aparıcı bir əlamətə - köhnədən yeniyə keçid göstəricisinə görə öz zəmanəsinə çox bənzəyir. Ədəbi yaradıcılığın bütün sahələrində, xüsusən poeziyada onların hər biri istedad yönümü, düşüncə tərzi, yaradıcılıq manerasına görə nə qədər fərqli, bənzərsiz olsa da, ruh doğmalığı, mənəvi qan qrupunun eyniliyi mənasında bir-birinə çox oxşayırlar. Bu da onlara yalnız təmsil etdikləri dövrə görə yox, həm də bir ədəbi hadisə olaraq fərqli mənəvi-estetik kredoya malik vahid ədəbi nəsil adlanmaq haqqı verir.

“Səksənincilər” Vətənimizin azadlığa, müstəqilliyə qovuşması proseslərinin bilavasitə iştirakçısı oldular. Yaradıcılıq baxımından isə onlar azad fikir söyləməyin, azad söz deməyin mümkün olduğu, ideoloji qadağa və siyasi senzura buxovlarının aradan qalxdığı bir çağın ən gənc ədəbi təmsilçiləri idilər. Bu da həmin nəslin ədəbiyyat tariximizdə tutduğu yerin daha bir təkrarsız özəlliyidir. Məhz onların fəal iştirakı ilə mətbuat və ədəbiyyatımızda sərbəst fikrin ilkin carçıları kimi önəmli rol oynamış “Gənclik” və “Xəzər“jurnalları, “Yol“ qəzeti kimi ədəbi nəşrlər meydana gəldi. Bu nəslin bəxti onda “gətirmədi” ki, onlar peşəkar ədəbiyyatda ilk addımlarını atandan, ilk kitablarını çap etdirəndən dərhal sonra aləm qarışdı və ədəbi həyatda gənc yaradıcı şəxsin taleyi üçün uzun müddət sayıla biləcək təxminən on illik bir “pauza” yarandı. Bu fasilə onların üzləşdikləri həyat və yaradıcılıq sınağının qaçılmaz bir atributu oldu.

Ancaq hər pis işin bir yaxşı tərəfi də var-- bu müddət “səksənincilər”in peşəkarlaşma baxımından zəruri olan “ələnmə” prosesini daha da sərtləşdirdi, ədəbiyyatda kimin öz yerində olduğunu, kimin isə özgə yerinə göz dikdiyini, kimin istedadına, kimin isə bəxtinə güvəndiyini əyani şəkildə üzə çıxardı. Onların sırasından istedadı və şəxsiyyəti ilə onilliklər çərçivəsinə sığmayanlar seçilərək özlərini yeni əsrdə ədəbiyyatımızın aparıcı qüvvəsi kimi təsdiq etməyə başladılar. Onlar yeni dövrün mürəkkəb və ziddiyyətli reallıqları, yeni insanın tamam fərqli daxili aləmi qarşısında çaşqın vəziyyətdə qalmış ədəbiyyatın nümayəndələri sırasından ilk olaraq bu dövrü anlamağı və əks etdrməyi bacardılar. Beləliklə də, mühitin, zamanın təmsil etdikləri nəslə verdiyi yaradıcılıq enerjisini reallaşdıraraq ədəbi böhrandan çıxış yolunu tapdılar. Və bu gün ədəbiyyatımızı bu nəslin yaratdıqları olmadan təsəvvür etmək istəsək, nə qədər dəyərli nümunələrdən məhrum olduğumuzu görərik.

“Səksənincilər”in ədəbiyyatda ilk addımlarını atmasında, imzalarını tanıtmasında həmin onilliyin əvvəllərində yaradılmış Gənc Yazıçıların Respublika Ədəbi Birliyinin mühüm rolu olmuşdu. Təbii ki, heç bir dərnək, birlik adama istedad verə bilməz, ancaq əvvəl mərhum Vaqif İbrahimin, sonralar isə Məmməd İsmayılın rəhbərlik etdiyi bu Birlik, onun təşkilatçılığı ilə bir neçə il ardıcıl çap olunan “Yaşıl budaqlar” almanaxı o dövrün gənc yazıçıları üçün ədəbi aləmdə ilk bələdçi olmuşdu. Bizim Birlik yazı-pozu müzakirələrindən daha çox ədəbi əxlaq, bədii zövq, yaradıcı ovqat, dostluq, məsləkdaşlıq mühiti yaratmaq baxımından dəyərli idi. “Səksənincilər”in bir nəsil kimi formalaşmasında onun əhəmiyyətini danmaq olmaz.

Ədəbi həyatın dolanbac yollarında öz yaradıcılıq simasını yarada bilmiş bu nəsil Azərbaycan ədəbiyyatının çoxəsrlik salnaməsində öz səhifəsini yazmağı, ora öz möhürünü vurmağı da bacardı. Ədəbiyyatımızın əvvəlki nəsillərdən aldığı dəyərli və yaşarı ənənələrını öz yaradıcılıq taleyindən keçirərək sonrakı nəsillərə ötürə bildi.

Bu məqamda Məmməd İsmayılın misraları yerinə düşür:

Bir adam yol gedir bizdən qabaqda,

Amma bir adam da bizdən sonra var.

“Səksənincilər” milli düşüncə tərzinə və milli dəyərlərə bağlı nəsildır. Etiraf etmək lazımdır ki, sonrakı ədəbi nəsillərdə bu bağlılığın zəifləməsi müşahidə olunur. “Ot kökü üstə bitər” - deyiblər. Təkcə otlar yox, ən zərif, ən ətirli çiçəklər, ən qollu-budaqlı, ən qocaman ağaclar da öz kökü üstə bitir. Bu, sənətdə də belədir – öz kökü üstə bitməyən sənət, ədəbiyyat yüksəklərə ucala bilməz. Mən millilik deyəndə, əlbəttə, kommunist estetikasının qondarma “formaca milli” düsturunu nəzərdə tutmuram. Söhbət zahırı, formal cəhətlərdən yox, məsələnin məğzindən, mahiyyətindən gedir. Dünya ədəbiyyatının bütün tarixi sübut edir ki, həqiqi mənada milli olmayan əsər heç zaman həqiqi mənada bəşəri ola bilməz. Bütün dünya ədəbiyyatında bunun əksini təsdiq edən bir dənə də nümunə yoxdur. Kənar təsir, bəhrələnmə calaq, bəzək ola bilər, ancaq kök üstə bitən mahiyyəti əvəz edə bilməz. Əsərə yaraşıq verə bilər, amma dəyər verə bilməz.

Təəssüf ki, çağdaş ədəbi gəncliyin bir sıra nümayəndələrinin mövqeyi öz atasına yox, qonşuya oxşaması ilə qürrələnən gicbəsər uşağın cahilliyini xatırladır.

Dünyaya, dünya mədəniyyətinə pəncərələrin daha geniş açıldığı bir dövrdə formalaşmış “səksənincilər” nəslinin estetik idealı təkcə milli dəyərləri və ənənələri yaşaTmaq deyil. Onlar ədəbiyyatımıza poetik dünya duyumunda, həyata estetik yanaşmada, forma və özünüifadə tərzində, zamanın müasirlik tələblərindən doğan və ona cavab verən bir sıra yeni çalarlar da gətiriblər.

Ədəbiyyata sonra gələn nəsillər yeni dövrə, ilk növbədə onun həyat tərzi və davranış normalarına daha tez, daha rahat uyğunlaşsalar da, “səksənincilər” də onun şərtləri ilə ayaqlaşa bildilər. Bu ədəbiyyat XXI əsrin adamı ilə onu ən çox maraqlandıran, narahat edən, mənəvi ehtiyaclarını ödəyən məsələlər, başqa sözlə, ən vacib müasir problemlər barədə danışmağı bacardı.

“Səksənincilər” nəslinın bir özəlliyi də yaradıcılıq üslubları və təmayülləri baxımından rəngarəng olmasıdır. Bu, ədəbiyyatın ümumi panoramına bir cazibədarlıq gətirsə də, təbii ki, müxtəlif cərəyanlara, təmayüllərə mənsubluq ədəbi əsərin keyfiyyət göstəricisi sayıla bilməz. Sənətin bircə keyfiyyət meyarı var – istedad. O yoxdursa, heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz; varsa, istənilən cərəyanda dəyərli sənət əsəri yarana bilər.

“Səksənincilər”i birləşdirən ümumi cəhətlərə baxmayaraq, həmin nəslə mənsub istedadlı şairlərin üslub və deyim tərzi baxımından fərqliliyi bu həqiqəti bir daha təsdiq edir. Bu mənada böyük rus yazıçısı Lev Tolstoyun məşhur aforizmini azacıq dəyişərək belə ifadə etmək olar: Bütün pis şairlər bir-birinə bənzəyir, yaxşı şairlərinsə hərəsi bir cür yaxşıdır.

“Səksənincilər”i bəzən “itirilmiş nəsil” adlandırırlar. İnanmaq istərdim ki, “itirilmiş” nəslin ən yaxşı poetik tapıntılarını əhatə edən bu təqdimat ədəbi mühitimizə, Azərbaycan oxucusuna onları yenidən “tapmaqda”, daha yaxşı tanımaqda yardımçı olacaqdır.

"Daha uşaq deyiləm, dəyişə bilmərəm..." - Hansı qorxular bizə sərhəd çəkir? "Dune 3" filminin hazırlıqları davam edir “Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri