Icma.az
close
up
RU
“Heç bir səlahiyyətimiz yoxdur” deyən deputata vitse spikerdən cavab

“Heç bir səlahiyyətimiz yoxdur” deyən deputata vitse spikerdən cavab

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“1960-70-80-ci illərdə tikilmiş binalar var, xüsusilə də regionlarda bu binaların sayı çoxdur. Çox təəssüflər olsun ki, belə binaların təmir, bərpa məsələsi hər il növbəti ilə qalır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, təmir daha çox prospektlərin görünən hissəsində aparılır:
"Həyətdə, məhəllə hissəsində isə bu binalar ümumiyyətlə təmir edilmir. Dam örtüyü düzəldilir, lakin onun giriş hissəsi, lift və digər məsələlər düzəlmir".
Deputatın sözlərinə görə, jurnalistləri bu cür problemləri işıqlandırmağa qoymurlar:
"Hansı jurnalist o problemi işıqlandırırsa, həmin jurnalist bəlkə də işdən çıxarılır və yaxud müəyyən təqiblərə məruz qalır. Yəni bu yaxşı hal deyil. Bu problemi gizlətməklə, problemi növbəti illərə ötürməklə biz heç nə əldə etmirik. Bakıda rahatdır, hər şey həll olunur. Regionlarda hamı bir nəfərdən, iki nəfərdən qorxur və heç kim də heç nəyi dilə gətirə bilmir. Biz deyəndə də başqa cür olur. Yəni bu məsələni hansısa şəkildə həll etməliyik".
Bundan başqa o, Gəncədə yollara 2011-ci ildən asfalt çəkiləcəyini, lakin hələ də problemin həll olunmadığını qeyd edib.
"Vətəndaşlar mənə irad tuturlar ki, bəlkə də bu asfalt üçün vəsait ayrılıb, bəlkə də bu vəsait başqa yerə xərclənib. Mən heç nəyə cavab verə bilmirəm, yəni bizim açıq deyim ki, adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur. Hökumət nümayəndələri rayonlara, şəhərlərə gedəndə icra başçısının və yaxud o rəsmi şəxsin təqdim etdiyi marşrutdan kənara çıxaraq getməlidir. Belə olacağı təqdirdə hökumət üzvləri görəcək ki, o yollar niyə düzəlmir və ya problemlər nə dərəcədə qabarıqdır.
Biz seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığımız və ya bir yerdə böyüdüyümüz o qonşuların qarşısına çıxa bilmirik. Yəni deyirlər ki, sən vəzifə tutursan, sən yaxşı dolanırsan və bizi niyə düşünmirsən?!"
Deputatın çıxışına münasibət bildirən Mill Məclisin sədr müavini  Ziyafət Əsgərov deyib ki, deputatın da kifayət qədər səlahiyyəti var, ondan istifadə etmək lazımdır:
"Deyirsiniz ki, bu cür problemləri çəkdiklərinə görə jurnalistlər işdən çıxarılır, varmı elə fakt? Onu, zəhmət olmasa, bizə təqdim edərsiniz".
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Noyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri