Icma.az
close
up
RU
“Heç bir təqsirim olmaya olmaya bu yaşımda mühakimə edilirəm”

“Heç bir təqsirim olmaya olmaya bu yaşımda mühakimə edilirəm”

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

71 yaşlı Nazim Xudaverdiyev 35 il dostluq etdiyi şəxsin şikayəti ilə cinayət məsuliyyətinə cəlb olunub. 

Bakıvaxtı.az xəbər verir ki, ahıl yaşında haqsız yerə mühakimə edildiyini düşünən vətəndaş “Qafqazinfo”ya müraciət edib.

Onun sözlərinə görə, ittiham edildiyi hallar üzrə əleyhinə heç bir mötəbər sübut təqdim olunmayıb. N.Xudaverdiyev işinin xüsusilə Məhkəmə-Hüquq Şurası tərəfindən nəzarətə götürülməsini istəyir.

İttihamda yazılıb ki, təqsirləndirilən şəxs “Our Orchards” MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub. N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Bu gün Xudaverdiyev məhkəmənin ədalətli hökm çıxaracağına ümid edir: “Özünü zərərçəkmiş kimi təqdim edən köhnə dostum müxtəlif vasitələrlə məhkəməyə təsir etməyə çalışır. Hətta bunu çəkinmədən açıq şəkildə dilə gətirir. Məhkəmə də bu hərəkətlərinə görə ona irad bildirir. Mən heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm. Əleyhimə heç bir mötəbər sübut təqdim olunmayıb. Zərərçəkmişin istintaqda və məhkəmədə müxtəlif ifadələr verməsi, şahidlərin əvvəl başqa, məhkəmədə isə başqa cür danışması, eyni zamanda sənəd saxtalaşdırma ilə bağlı irəli sürülmüş ittihamın əsassızlığını sübut edən ekspert rəylərinin mövcudluğu bunun bariz nümunəsidir. Ekspertiza müəyyən edib ki, həmin sənəddəki imzaların heç biri mənə məxsus deyil, amma yenə də ittiham tərəfi əksini iddia edir”.

Müttəhimin vəkili Esmira Tağıyeva isə müdafiə çıxışına hazırdır. Xanım vəkilin sözlərinə görə, əllərində müvəkkilinin təqsirsizliyini təsdiq edən kifayət qədər sübutlar var, növbəti iclasda onlar tək-tək məhkəməyə təqdim ediləcək: “Elə prosesin gedişini tamamilə dəyişə biləcək sübutlarımız var. Həmçinin biz əlavə şahidlərin hakim qarşısında dindirilməsini istədik. Bu vəsatətimiz də təmin edilib. Lakin müvəkkilimin də dediyi kimi istintaq və məhkəmə mərhələsində müşahidə etdiyimiz təzyiqlər bizi ciddi şəkildə düşündürür. Narahatıq ki, bəzi təzyiqlər nəticəsində 71 yaşlı bir insanın ömrünün son illəri həbsdə keçə bilər. Bu da təkcə hüquqi yox, həm də mənəvi faciə olar”.

Cinayət işini hazırda Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər araşdırır. Müdafiə tərəfi ümid edir ki, məhkəmə bu mürəkkəb prosesin sonunda ədalətli hökm çıxaracaq və haqsızlığa yer olmayacaq.

İşin gedişatını, müdafiə tərəfinin təqdim edəcəyi sübutları və məhkəmənin yekununu izləməyə davam edəcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Aprel 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri