Məni heç kim mühakimə edə bilməz, hesabımı Allaha verəcəyəm
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Müğənni Günel Zeynalova sosial şəbəkə hesabında İranda baş verən hadisələrlə bağlı paylaşım edib.
Ölkə.az xəbər verir ki, sənətçi paylaşımında müharibənin bütün formalarına qarşı olduğunu bildirib və yaşanan zorakılıqlara etirazını ifadə edib.
"Biz əlimizdən gələni eşitdirməkdirsə, sevə-sevə. Məni heç kim mühakimə edə bilməz. Hesabımı Allaha verəcəyəm, ona görə də qoy hamı öz işi ilə məşğul olsun.
Dini, irqi nə olursa-olsun, müharibədən nifrət edirəm. İnsanların savaşmasını sevmirəm. Adı üstündə – müharibə. Hər şey olması lazım olan sistemdə irəliləyir. Səssizləşən vicdanlar, vicdansız ölkələr arasında edilən qətliamlar... Bunlara “dur” deyəcək Rəbbim. Sənə yalvarıram, Səndən böyüyü yoxdur. Gözümdə, qəlbimdə bu zülmlər bitsin.
Verdiklərinə, vermədiklərinə, aldıqlarına, almadıqlarına, yaşadıqlarımıza şükürlər olsun. Yaratdığın biz insanları doğru yolumuzdan ayırma", - deyə G.Zeynalova qeyd edib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















