Icma.az
close
up
RU
“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Premyer Liqada iştirak edən klublar üçün lisenziya tələbləri var: hər bir iştirakçının aşağı yaş qrupları üzrə komandaları olmalıdır. Bir çox hallarda debütantların bu tələbləri yerinə yetirmək baxımından maddi-texniki bazası olmur. Lisenziya tələbini yerinə yetirməkdə çətinlik çəkən "Karvan-Yevlax" problemin həlli üçün bir müddət əvvəl II Liqada çıxış etməsinə rəğmən, bütün yaş qrupları üzrə komandası olan "Dinamo" ilə saziş imzalamışdı. Beləliklə, AFFA-dan müvafiq lisenziyanın alınmasına nail olan bölgə klubu sonradan anlaşmanın şərtlərini pozmuşdu. Nəticədə "Dinamo" AFFA-ya və PFL-ə şikayət etməli olmuşdu.

Artıq problem həllini tapıb. Tərəfləri kompramisə AFFA-nın, yoxsa PFL-in gətirdiyini öyrənmək, o cümlədən bizi maraqlandıran digər suallara cavab tapmaq üçün "Dinamo"nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidovla söhbətləşdik.

- Yaşar müəllim, 25-30 ildən sonra "Dinamo" klubunu yenidən bərpa etdiniz. Bu addım hansı zərurətdən irəli gəldi?

- Bildiyiniz kimi, “Dinamo” 1997-ci ildən Azərbaycan yüksək liqasında çıxış etməyə başlayıb. 2004-cü ildə AFFA İcraiyyə Komitəsinin qərarı ilə “Bakı” FK “Dinamo”nun hüquqi varisi kimi çıxışlarını davam etdirib. 2016-cı ildə maliyyə çətinliyi ilə əlaqədar çempionatdan kənarda qaldıq. Bir müddət sonra futbolla bağlı ideyalara dəstək məqsədi ilə bölgələrimizdə və paytaxt ətrafında istedadların üzə çıxarılması üçün yenidən - 2023-cü ildə “Dinamo”nu təsis edərək AFFA İK-nin qərarı ilə II Liqada iştirakımızı bərpa etdik.

- "Bakı" kimi iddialı klubdan sonra "Dinamo" ilə ll Liqada çıxış etmək psixoloji olaraq ağır gəlmir ki?

- Sözün düzü, psixoloji olaraq müəyyən çətinliklərin olmasını etiraf edirəm. Tək psixoloji yox, infrastruktur, maliyyə sıxıntılarımız da kifayət qədərdir. Əlbəttə çətinliyə qalib gəlmək, möhkəmlənərək mübarizə aparmaq, yaxın gələcəkdə yenidən layiq olduğumuz yüksək liqanı hədəfləmişik. Açığı, maliyyə imkansızlığına görə istəklərimizi tezləşdirmək çətin olur. Bir faktı deyim, bu mövsüm l Liqa uğrunda mübarizə aparmaq istəyində idik. Çempionatın startına bir həftə qalmış maliyyə səbəblərindən 9 əsas futbolçumuzdan məhrum olduq. Maliyyə durumumumuza görə onların qarşısını ala bilməzdik. Vəziyyətə uyğun olaraq, hazırda liqada yerimizi qorumaq uğrunda mübarizə aparırıq.

- Bilirik ki, əsasən öz yetirmələrinizə üstünlük verirsiniz. Belədə liqada rəqabət aparmaq çətinlik yaratmır?

- Bildiyiniz kimi, “Dinamo” cempionatda yeganə komandadır ki, heç bir sponsor olmadan, öz yetirmələri ilə çıxış edir. Maliyyə çətinliyi olacağını bilərək və əvvəlki təcrübəmə əsaslanaraq bir strateji sistem yaratdıq. Bütün yaş qrupları üzrə komandaları yaratdıq, futbolçuların zəncirvari oynamasına zəmin hazırladıq. Klubumuzu yalnız AFFA tərəfindən verilən maddi dəstəklə idarə edirik. Düzdür, müəyyən çətinliklər var. Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmağımız məncə, futbol adına böyük fədakarlıqdır.

- Oğlunuz, ikinci Qarabağ, Vətən müharibəsi döyüşçüsü Valeh Seyidov da heyətdə çıxış edir. Bu sizə əlavə motivasiya verməyə bilməz.

- 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün böyük bir qürur və şərəf mənbəyi oldu. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etdi, milli birlik və qəhrəmanlıq nümayiş etdirdi. Bu qələbə ilə Azərbaycanın ərazi bütovlüyü bərpa olundu və illərlə yaşanan acılar sevincə çevrildi. Çox sevincliyəm ki, bu qələbənin qazanılmasında oğlum Valehin də iştirakı və payı var. “Sabahın ulduzları” lahiyəsindən çıxmış, “Bakı”nın yetirməsi olan Valehin “Dinamo”da oynaması, onun nümunəsi komandada çıxış edən futbolçular üçün də əlavə motivasiyadı. Həm də bu, gənc futbolçuların təcrübə toplaması üçün yaxşı bir fürsətdir.

- Bildiyimizə görə, II Liqa komandaları qarşısında tələb olmadığı halda, maliyyə çətinliyi ilə üzləşməsinə baxmayaraq, "Dinamo" uşaq futboluna xüsusi diqqət ayırır, uşaq-gənclər liqalarında təmsil olunur. Çətin deyil ki?

- “Dinamo” Azərbaycan Premyer Liqasında çıxış edən klubların nəzdində fəaliyyət göstərən U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və U-19 komandalarını yaradaraq onların AFFA Gənclər liqalarında iştirakını təmin edib. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu yarışlarda iştirak üçün 300 futbolçumuz AFFA tərəfindən lisenziya alıb. Doğrudur, AFFA Premyer Liqada çıxış edən komandalar üçün lisenziya iddiaçısı qarşısında tələb qoymuşdur. Hətta bunun üçün dövlətin dəstəyi ilə klublara 500 (beş yüz) min manat civardında dəstək də verir ki, milli komandalarımız üçün layiqli ehtiyat qüvvə hazırlansın.
“Dinamo” birinci və ikinci liqada yeganə komandadır ki, heç bir sponsor və maliyyə dəstəyi olmadan bu işləri görür. 300-ə qədər gənclərdən komandalar formalaşdıraraq, çempionatda iştirak edir.
Komandamızın əsas hədəflərindən biri istedadlı gəncləri tapıb üzə çıxararaq Azərbaycanın müxtəlif milli komandalarına təqdim etməkdir. Hazırda Azərbaycan Premyer Liqasının gənclər komandalarına 70, millilərimizdə 7 yetirməmiz çıxış edir.

- Yeri gəlmişkən, Premyer Liqada lisenziya tələblərinə uyğun bəzi komandalara imtiyazlı güzəşt edilir. "Karvan-Yevlax" klubunun "Dinamo" ilə anlaşması mövcuddur. Müqavilə tələblərinin yerinə yetirilirməsində çətinliklərlə üzləşmişdiniz. Problem öz həllini tapdımı?

- Bildiyiniz kimi, Azərbaycan Premyer Liqasında iştirak etmək üçün klublarının lisenziyalaşdırılması üzrə qaydalara əsasən, iddiaçının mütləq gənclər liqasında müvafiq yaş qrupları üzrə komandaları olmalıdır. Bu müqavilənin də bağlanmasına səbəb Premyer Liqasında çıxış üçün "Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması Qaydaları"nın tələbidir. “Karvan-Yevlax”ın U-17 və U-19 komandaları olmadığından, bizimlə müqavilə bağladılar və beləliklə, lisenziyalaşdırılma qaydaları (Maddə 18-S.03) yerinə yetirilmiş hesab olundu. Nəticədə AFFA Lisenziyalaşdırma Departamenti tərəfindən “Karvan-Yevlax”a Azərbaycan Premyer Liqasında çıxış etmək üçün lisenziya verildi. AFFA təfəfindən uşaq-gənclər futbolunun inkişafı üçün hərtərəfli maddi dəstək göstərilməsinə baxmayaraq, bu vəsaitlər çox vaxt təyinatı üzrə xərclənmir və nəticədə milli komandalarımıza layıqli ehtiyat qüvvə hazırlamaq əvəzinə, başqa məqsədlə üçün istifadə edilir.
"Karvan-Yevlax" ilə "Dinamo" arasında bağlanmış əməkdaşlıq müqaviləsinin onlar tərəfindən yerinə yetirilməməsinə görə istər klubun özünə, istərsə də PFL, FİF və Lisenziyalaşdırma Komitəsinə müraciət etməyimə baxmayaraq, təəssüf ki, süni yaradılmış problem öz həllini tapmadı. Açığını deyim, belə münasibət "Dinamo" klubunun nəinki fəaliyyətinə, oyunlarına, nəticələrinə də öz mənfi təsirini göstərdi. Bizim də icarə əsasında çıxış etdiyimiz stadionlara borcumuz yarandı, səfər oyunlarına getməkdə maddi, mənəvi əziyyətlərimiz, çətinliklərimiz oldu. Doğrusu, ümidsizliyə qapılmışdım. Gördüyümüz nəcib işlərin qarşılığında bu münasibəti gözləmirdim. Ötən ilin sonu, dekabr ayında AFFA-nın baş katibi Cahangir Fərəcullayevə rəsmi məktubla müraciət etdim, yaranmış problemi ətraflı göstərdim. Sevindirici haldır ki, qaldırdığım məsələyə dərhal operativ reaksiya verildi və Cahangir müəllimin tapşırığı, baş katibin müavini Kamran bəyin nəzarəti ilə assosiasiyasının hüquq və maliyyə departamentlərinin araşdırması nəticəsində məsələ obyektiv olaraq öz həllini tapdı. Sizin sayt vasitəsilə bir daha Cahangir Fərəcullayevin timsalında AFFA rəhbərliyinə "Dinamo" kollektivi adından dərin minnətdarlığımı bildirirəm. Bu cür yanaşma məndə çox müsbət təəssürat oyatdı, qarşıdakı illərdə futbolumuzda görüləcək işlərə nikbinliyi birəbeş artırdı, ümidləndirdi. Ancaq belə operativ münasibət, yanaşma ilə Azərbaycan futbolu doğru yol tuta, inkişaf edə bilər. AFFA baş katibi Cahangir müəllimin bu məsələni öz üzərinə götürərək qısa zamanda həll etməsinə görə təşəkkür edirəm.

- Təcrübəli funksioner kimi, ll Liqada uşaq-gənclər futboluna diqqət ayırdığınız halda, bəzi Premyer Liqa klublarının bu sahəyə biganə yanaşmasının səbəbi nədir? Nəzərə alaq ki, dövlət xətti ilə AFFA klublara çox böyük vəsait ayırır və bunun da bir hissəsi uşaq-gənclər futboluna xərclənməlidir.

- AFFA tərəfindən 2024/2025-ci il mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edən komandaların hesabına uşaq-gənclər futbolunun inkişafı üçün 6 milyon 622 min manat vəsait verilmişdir. Çox təəssüflər olsun ki, bu vəsait uşaq futbolunun inkişafı üçün deyil, əsas komandaya xərclənir. Çox istərdim AFFA verdiyi bu vəsaitin hara və necə xərclənməsinə nəzarəti öz üzərinə götürsün, bəzi qeyri-peşəkar klubların uşaq futbolu üçün ayrılmış bu vəsaiti təyinatdan kənar xərcləməsinə imkan verməsin. Tam əminliklə deyirəm, AFFA rəhbərliyi imkan verməz ki, bu vəsait başqa səmtə yönəlsin. Uşaq futbolu əsas strateji məsələdir, nəzərə almaq lazımdır ki, nəzarət olsa milli komandalarımız üçün layiqli ehtiyat qüvvə hazırlayarıq. Klublar da öz məsuliyyətlərini bilməlidir, bu gün milli komandalarımızın zəif çıxış etməsi, bir başa onların işə qeyri-ciddi yanaşmasının nəticəsidir.

- 2026-cı ilin ilk günləridir, futbol adına bu il gözləntiləriniz nədir?

- 2026-cı ildə əsas və gənclər millilərimizin daha uğurlu çıxış etməsini, avrokuboklarda yarışan komandalarımızın qruplarda daha çox təmsil olunmasını, Premyer Liqa komandalarlmızda daha səviyyəli legionerlərin oynamasını, yeni Futbol Akademiyalarının açılmasını, yeni infrastrukturun və regionlarda stadionların, təlim-məşq bazalarının tikilməsi, Avropanın aparıcı klublarında cıxış edə biləcək gənc istedadlarınızın yetişməsini istəyirəm. Bir sözlə, Azərbaycan futbolu üçün uğurlu və düşərli bir il olsun. /Teleqraf/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri