Icma.az
close
up
RU
“HEÇ NƏ TƏKLİF ETMƏMİŞƏM!” Tramp inkar edir, Əraqçi isə...

“HEÇ NƏ TƏKLİF ETMƏMİŞƏM!” Tramp inkar edir, Əraqçi isə...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

İran Nyu-Yorkda ABŞ ilə Qətərin vasitəçiliyilə dolayı danışıqlar aparıb və Vaşinqtonun çərşənbə axşamı rəsmi cavab verəcəyini gözləyir.

“AzPolitika” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Məlumatda deyilir ki, bunu İranın Xarici İşlər naziri Abbas Əraqçi jurnalistlərə bildirib. O deyib ki, BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka səfəri zamanı İran nümayəndə heyəti böhranın həlli və Hörmüz boğazının yenidən açılması planını təqdim edib: "Bizim missiyamız bu şərtləri Amerika tərəfinə və digər ölkələrə çatdırmaq, beynəlxalq ictimaiyyətin İranın bu mövzuda bir planının olduğunu bilməsini təmin etmək idi".

O əlavə edib ki, son görüşdə Qətər vasitəçiləri fikir ayrılıqlarının aradan qaldırılmasına kömək etməyə yönəlmiş yeni ideyalar irəli sürüblər və bu ideyalar Vaşinqtona çatdırılıb.

Bu arada, İran mediası yazır ki, Vaşinqtonla danışıqlar Tehranın nüvə proqramına aid deyil. İran rəsmisinə istinadla qeyd edilir ki, "İranın nüvə məsələsində mövqeyi dəyişməz olaraq qalır. Bu məsələ ilə bağlı heç bir müzakirə aparılmır".

Lakin digər mənbələr bunun əksini iddia edir.

“Bloomberg” isə öz mənbələrinə istinadla xəbər verir ki, İran rəsmiləri konqresə aralıq seçkilərindən əvvəl Vaşinqtonla Hörmüz boğazının açılması ilə bağlı razılaşmanın əldə edilə biləcəyinə inanmırlar və 3 noyabrdan sonra münaqişənin gərginləşəcəyini istisna etmirlər.

Bu arada ABŞ Prezidenti Donald Tramp yenidən hiddətli bəyanatlar verir. Buna səbəb “Axios” nəşrində onun İrana bir təklif verdiyi barədə yayılan məlumatdır. Həmin məlumata görə, Tramp Tehrana sadəcə, nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərini yerinə yetirməsi müqabilində sanksiyaları yumşaltmağı və dondurulmuş aktivləri bərpa etməyi təklif edib.

Tramp bu məlumatı qətiyyətlə təkizb edib: "Bu, doğru deyil. Mən onlara heç nə təklif etməmişəm! “Axios”-un məqaləsi, əksər məqalələr kimi, yalnız Trampa nifrət sindromunu təmin etmək üçün hazırlanmış bir yalandır. Onlar bu yalan məqaləni dərhal silməlidirlər!".

Bununla yanaşı, daha öncə Tramp İran və ABŞ-nin yeni əlaqələr qurduğunu təsdiqləyib. O, Ağ Evdə jurnalistlərə ABŞ-nin bu gün İran tərəfi ilə əlaqə saxladığını bildirib, lakin məsləhətləşmələrin nəticələri ilə bağlı şərh verməkdən imtina edib.

Ağ Ev rəhbəri jurnalistlərə deyib ki, İran guya heç vaxt nüvə silahı hazırlamayacağını elan etməyə hazırdır: "Onların heç vaxt nüvə silahı olmayacaq, onlar bunu başa düşürlər və bunu deməyə hazırdırlar".

Bu arada "Əl-Hədət" televiziyasının məlumatına görə, İran doğrudan da ABŞ sanksiyalarının yüngülləşdirilməsi müqabilində uran zənginləşdirməsini dayandırmağa razılaşıb. Lakin İran rəsmiləri hələlik bu məlumata şərh verməyiblər. Eyni zamanda, "Əl-Ərəbiyyə" iddia edir ki, ABŞ və İran arasında razılığa gəlmə ehtimalı "son dərəcə aşağıdır", çünki ciddi fikir ayrılıqları qalmaqdadır.

Bir sözlə, ciddi və dayanıqlı razılaşma ehtimalı o qədər də yüksək deyil. Əksər analitiklərin də qeyd etdikləri kimi, İran ətrafında vəziyyət böyük ehtimalla, yalnız ABŞ-də keçiriləcək 3 noyabr seçkilərindən sonra aydınlaşa bilər.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Sentyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see442

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see268

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see236

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see235

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see216

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see214

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see211

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see203

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see203

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see200

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see198

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see195

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see192

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see191

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see189

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see187

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see175

Bakının çox sayda küçəsində qaz olmayacaq ÜNVANLAR

02 Oktyabr 2026 08:52see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri