Azərbaycanlı gənc Tokayev tərəfindən mükafatlandırıldı
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni Birliyinin üzvü Rumman Hüseynov Astanada keçirilən “Qazax dili” adlı respublika tədbirində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən təltif olunub.
Redaktor.az xəbər verir ki, Rumman Hüseynova qazax dilinin inkişafına, milli dəyərlərin təbliğinə, sosial əhəmiyyətli tədbirlərin təşkilinə, eləcə də cəmiyyətdə dostluq, həmrəylik və mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.
Mükafatın verilməsi gəncin qazax dilinin nüfuzunun artırılması, onun cəmiyyətdəki rolunun gücləndirilməsi və milli birliyin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinə verilən qiymətin göstəricisi olduğu bildirilib.
Məlumat üçün qeyd edək ki, Rumman Hüseynov Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçısı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Noyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















