Icma.az
close
up
RU
Həcc dövründə İrana sürpriz hücum gözlənilir Ramazanda da olmuşdu

Həcc dövründə İrana sürpriz hücum gözlənilir Ramazanda da olmuşdu

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və İran arasında danışıqların növbəti raundu may ayının sonunda, Həcc ziyarətinin əsas ayinləri başa çatdıqdan sonra Pakistanda baş tutacağı bildirilib.

Milli Məclisin deputatı Tural Gəncəliyev mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ və İran arasında növbəti danışıqların Həcc ziyarətindən sonra Pakistanda keçirilməsi ilə bağlı məlumatlar yayılır:

"Mən bu danışıqların, əgər baş tutsa, ümumiyyətlə, hazırkı vəziyyətdə hər hansı məsələnin diplomatiya yolu ilə həll olunacağına inanmıram və bunu istisna edirəm. Çünki indiyədək Pakistanda keçirilən görüşlər və planlaşdırılan, lakin baş tutmayan görüşlər bir daha göstərdi ki, ABŞ və İran arasında çox ciddi ixtilaf mövcuddur və bu problemlərin diplomatik danışıqlar yolu ilə, xüsusilə də Hörmüz boğazı ətrafındakı vəziyyətin həll olunması mümkün deyil".

Millət vəkili ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin də uğursuz olduğunu hesab edir.

"Bəlkə ikitərəfli münasibətlər kontekstində yeni texnoloji müqavilələr və şirkətlər arasında əməkdaşlıqla bağlı müəyyən razılaşmalar əldə olunub, lakin geosiyasi baxımdan Çin və ABŞ arasında ciddi ixtilaflar mövcuddur və bu ziddiyyətlər getdikcə dərinləşir. Xüsusilə görüşdən sonra Trampın sosial şəbəkələrdə paylaşdığı bəzi fikirlər və bəyanatlar Çinə qarşı narazılıq və qıcıq hissini göstərir. Eyni zamanda görüşdən sonra baş verən bəzi insidentlər, o cümlədən ABŞ nümayəndə heyətinin Çindən gətirilmiş hədiyyələrin guya təhlükəsizlik səbəbi ilə kənara qoyulması və bunun mediada işıqlandırılması, Ağ Ev müxbirlərinin bu barədə məlumat yayması onu göstərir ki, bu hadisələr təsadüfi deyil".

Müsahibimizin fikrincə, Trampın qıcıqlanması təkcə Çinlə görüşün nəticələri ilə deyil, həm də İrana təzyiq kontekstində istədiyi nəticəni əldə edə bilməməsi ilə bağlıdır:

"Bu baxımdan Çinə qarşı sonrakı bəyanat və addımları da bunun davamı kimi qiymətləndirmək olar. Pakistanda növbəti görüş mərhələsinə qədər, xüsusilə də Həcc ziyarətinə qədər bir çox hadisələrin baş verməsi ehtimalı var. Nəzərə alsaq ki, ABŞ indiyədək danışıqlara hazır olduğunu bəyan etsə də, eyni zamanda İsraillə birlikdə regionda hərbi əməliyyatlarda iştirak edən tərəf kimi bir neçə dəfə tarixə düşüb, bu dəfə də danışıqların real nəticə verəcəyinə inanmıram. Hətta danışıqlar baş tutsa belə, nəticəsiz qalacağını düşünürəm. Bununla belə, danışıqlara qədər hərbi eskalasiya ehtimalının yüksək olduğunu, ABŞ və İsrailin regiona, xüsusilə Hörmüz boğazı ətrafına böyük hərbi qüvvə toplamasını nəzərə alaraq qeyd edirəm. Hətta hesab edirəm ki, hücumun Həcc günləri dövründə həyata keçirilməsi ehtimalı da mövcuddur. Çünki İrana ilk hücumun da Ramazan ayı kimi müqəddəs bir dövrdə baş verdiyi nəzərə alınarsa, bu baxımdan oxşar ssenarinin təkrarlanması istisna deyil. Bu kontekstdə ABŞ və İsrailin Həcc mövsümündə gözlənilməz bir hücum planı üzərində düşündüyünü və İranı hazırlıqsız vəziyyətdə yaxalamağa çalışa biləcəyini ehtimal etmək olar".

Millət vəkili qeyd etdi ki, digər tərəfdən, İran tərəfi də öz gücünü nümayiş etdirir:

"Artıq Hörmüz boğazının idarə olunması ilə bağlı xüsusi dövlət strukturu yaradılıb və bu, İranın geri çəkilmək niyyətində olmadığını göstərən bir siqnal kimi qiymətləndirilə bilər. Bundan əlavə, İran yalnız Hörmüz boğazından keçən dəniz yollarını deyil, həm də onun altından keçən internet kabellərini hədəf ala biləcəyini bəyan edib. Xüsusilə ABŞ şirkətlərinə - "Amazon", "Meta", "Microsoft" və digər texnologiya nəhənglərinə məxsus, trilyonlarla dollar dəyərində iqtisadi dövriyyənin keçdiyi infrastrukturun təhlükə altına düşə biləcəyi barədə mesajlar verilib. Bu, ciddi təhdiddir. Çünki bu kabellər Avropa ilə Asiyanı, həmçinin Yaxın Şərq və İran körfəzi regionunu birləşdirən əsas rəqəmsal infrastrukturun tərkib hissəsidir. Əgər bu infrastruktura zərər yetirilərsə, bunun dünya iqtisadiyyatı üçün nəticələri çox ağır ola bilər. Amazon kimi şirkətlərin təkcə Hindistan və Asiya bazarlarında belə böyük ticarət dövriyyəsi olduğunu nəzərə alsaq, bu riskin miqyası daha aydın görünür".

Siyasətçi əlavə etdi ki, İran ABŞ-nin həssas nöqtələrini hədəf alaraq, mümkün hərbi eskalasiya halında ciddi nəticələr yarada biləcək təhdidlər irəli sürür.

"Eyni zamanda bu məsələ ABŞ-nin texnoloji və iqtisadi sisteminə ciddi zərbə vurmaq potensialı daşıyır. Digər tərəfdən, Rusiya-Çin danışıqları və Putinin Çinə səfəri də diqqət mərkəzindədir. ABŞ mediasında və respublikaçı çevrələrdə Rusiya, Çin, İran və Şimali Koreya arasında mümkün yaxınlaşma ilə bağlı narahatlıq ifadə olunur. Bəzi amerikalı siyasi şərhçilər və analitiklər bu cür ittifaqların formalaşmasına qarşı çıxaraq, ABŞ-nin hegemonluğunun qorunmasının vacibliyini vurğulayırlar. Nəticə etibarilə, mən hesab edirəm ki, Həcc mərasimi dövründə sürpriz bir hücum ehtimalı yüksəkdir. Əgər bu baş verməsə belə, Həccdən sonra Pakistanda keçiriləcək danışıqların da ciddi nəticə verəcəyinə inanmıram", - deyə T.Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 May 2026 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri