Icma.az
close
up
RU
Həcc ziyarəti bu tarixdəBAŞLAYACAQ

Həcc ziyarəti bu tarixdəBAŞLAYACAQ

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i Həcc ziyarətinə yola düşəcək.

Bakupost.az xəbər verir ki, bunu QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya açıqlamasında deyib.

O bildirib ki, digər zəvvar qrupları da mərhələli şəkildə Həcc ziyarətinə yola düşəcəklər.

Həcc ziyarətinə getmək istəyən şəxslər üçün sənəd qəbulu nə vaxt başa çatacaq?

Qeyd edək ki, Həcc ziyarətinə getmək istəyən şəxslərin sənəd qəbulu yanvarın 21-dən aktivləşdirilib və bu həftənin sonu sənəd qəbulunun dayandırılacağı ehtimal olunur.

Həcc ziyarəti paketinin qiyməti nə qədərdir?

Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Həcc ziyarətinə getmək istəyən şəxslərin qeydiyyatı üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlər:

1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4. Sağlamlıq haqqında arayış.

Həcc ziyarətinə getmək istəyən şəxslər hara müraciət etməlidirlər?

Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

İcazəsiz Həcc ziyarətinə gedənləri hansı cəza gözləyir?

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb. Sabahdan başlayacaq və 44 gün davam edəcək yeni qaydalara görə həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə girməyə cəhd edənlər ağır cəzalara məruz qalacaq. Onlara qarşı, 20 min riala qədər (təxminən 5 300 dollar) cərimə tətbiq olunacaq. Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər isə 100 min riala (təxminən 26 000 dollar) qədər cərimə olunacaqlar. Bundan əlavə, icazəsiz həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan ediləcək. Qaydalar çərçivəsində həmçinin ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyula bilər.

Həcc ziyarətinə uşaq aparmaq qadağan edilib?

Vüsal Cahangiri bildirib ki, Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı rəsmi bildiriş yoxdur:

“Bununla bağlı Səudiyyə Ərəbistanın bəzi xəbər portallarında məlumat yayılıb. Amma çox güman ki, bu, ərəbistanlılara aiddir. Ümumən, biz körpə uşaqları aparmırıq. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Kimsə aparmaq istəsə, tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək. Məsələn, bu il müraciət edən zəvvarlardan biri uşaqlarını aparmaq istəyirdi, bizdən tövsiyə aldı, biz də bildirdik ki, uşaq üçün təhlükəlidir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 May 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see285

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see279

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see224

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see214

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see210

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see209

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see206

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see205

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see201

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see195

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see187

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see183

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see182

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see180

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see173

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see170

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see167

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see165

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri