Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Kərkicahan Bir kənd, iki tale

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Həcc ziyarəti ətrafında DARTIŞMALAR: Bu ibadət kimlərə vacibdir? MÖVQE

Həcc ziyarəti ətrafında DARTIŞMALAR: Bu ibadət kimlərə vacibdir? MÖVQE

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər Həcc ibadəti ətrafında yaranan mənzərə adamı həm düşündürür, həm də narahat edir. İslamın imkanı yetən müsəlmanlar üçün vacib ibadətlərindən sayılan Həcc ziyarəti elə hala salınıb ki, sanki dini yox, turistik səfərə çevrilib. İbadətin mənəvi dəyəri itib, yerini göstəriş, reklam və qazanc marağı tutub.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu il 100-dən çox vətəndaş Həcc ziyarəti adı ilə aldadılıb. QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məsələ ilə bağlı rəsmi açıqlama verərək, xəbərdarlıq edib.

Bəs görəsən, bu ibadət doğrudanmı artıq mahiyyətindən uzaqlaşdırılıb?

Gununsesi.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, Həcc ibadətinin bu cür bayağılaşdırılması dinin ruhuna ziddir və ciddi narahatlıq doğurur.

O qeyd edib ki, Həccə getmək son illərdə çox bayağılaşdırılıb, onu hörmətdən salıblar:

“İslamın ən ali ibadətlərindən biri olan Həccə hər yetəni aparmaqla ibadətin mahiyyətini adi ziyarət səviyyəsinə endiriblər. Təəssüf ki, bu prosesdə Qafqaz Müsəlmanları İdarəsinin də nöqsanı az deyil. Aldadılan vətəndaşların çoxu daha ucuz və sərfəli yollar axtararkən dələduzların qurbanına çevrilir. Halbuki, bir çox ölkələrdə Həccə təkcə bir qurum yox, alternativ şirkətlər də vətəndaşlara seçim imkanı yaradır. Azərbaycanda isə bu səlahiyyət yalnız Qafqaz Müsəlmanları İdarəsinə məxsusdur. Qiymətlərin süni şəkildə bahalaşdırılması nəticəsində artıq Həccə imanı, biliyi, dini savadı olanlar yox, sadəcə imkanlı, daha doğrusu, lap varlı şəxslər gedə bilir. Bu isə sadəcə dəhşətdir və cəmiyyətin geniş kəsimi üçün ciddi narahatlıq doğurur. Üstəlik, bəzi şəxslər hər il eyni “hədiyyə yerlərindən” istifadə edərək, özlərini və yaxınlarını Həcc ziyarətinə göndərirlər. Elə hallar var ki, bir nəfər 25-30 dəfə Həcc ziyarətində olub. Amma elə kasıb və imanlı, ziyalı dindarlar, möminlər, lap ilahiyyatçılar var ki, onları heç yaxına buraxmırlar. Həcci bir növ biznesə və gəlir mənbəyinə çevirmək yolverilməzdir, çünki bu yanaşma ibadətin ali mənasını, mahiyyətini və müqəddəsliyini kölgə altına alır”.

İlahiyyatçı deyib ki, dələduzluq yolu ilə Həccə aparmaq adıyla bir qrup şəxsi aldadan şəxslər günah ediblər və əgər dələduzluq faktı sübuta yetirilərsə, böyük ehtimalla hüquqi məsuliyyət tədbirləri görüləcək.

“Bəlkə həqiqətən də onları turist kimi aparmaq istəyiblər. Qanunda buna yol verilmədiyini bilməyiblər, amma bunu dəqiq demək çətindir. Çünki Səudiyyə Ərəbistanının müvafiq qurumları ilə yalnız Qafqaz Müsəlmanları İdarəsi arasında bu məsələyə dair rəsmi anlaşma mövcuddur. Bu işlər isə şəffaf deyil. Ya tam müstəqil bir şirkət yaradılmalı və Həcc işləri ona həvalə olunmalı, ya da aidiyyəti qurumlar çıxış yolları barədə düşünməlidir.

Digər tərəfdən, Həccə bu qədər can atmağı anlamaq çətindir. Çoxları şan-şöhrət, ad qazanmaq üçün gedir. Əgər deyilsə ki, Həccə gedənlərə “hacı” deyilməsin, ora gedənlərin sayı yarıbayarı azalacaq. Namazı düzgün qıla bilməyən, zəkat nə olduğunu bilməyən insanları yalnız puluna görə ora aparmaq doğru deyil. Sanki oradan pulla Cənnət almağa gedirlər.

Adam 30 dəfə Həccə gedib, hələ bunu mətbuatda elan edərək fəxr edir. Bu, sadəcə reklamdır, biznes reklamıdır. Peyğəmbər ömründə yalnız bir dəfə Həcc edib. Sən ondan qabağa keçə bilərsənmi? İslam fiqhinə görə, zəkatını və xümsünü vermiş, heç kəsin üzərində haqqı qalmamış şəxs hazır vəziyyətdə Həccə gedə bilər. Amma bunu təbliğ etmək əvəzinə, hər il iki-üç adam çıxıb deyir ki, 27-ci dəfədir gedirəm, biri deyir, 30-cu dəfə gedirəm. Bu nə deməkdir? İşbazlar və camaatı aldadanlar üçün boşluq saxlamamaq məqsədilə Həcc məsələsi tənzimlənməli, şəffaflaşdırılmalı və daha sağlam şəkildə təşkil olunmalıdır”, – deyə T.İrfan əlavə edib.

İlahiyyatçı hesab edir ki, insanlar Həccin mahiyyətini anlamır və onu Kərbəla, Məşhəd kimi ziyarətlərlə qarışdırırlar:

“Bu işlə məşğul olanlar da camaatı başa salmırlar, çünki camaat anlayarsa, getməz və nəticədə bu işdən varlananların qazancı azalır. İnsanlar elə düşünürlər ki, Həcc günahların yuyulduğu və təmizlənmə yeridir. Elə zənn edirlər ki, ora gedənlərin bütün günahları bağışlanacaq və axirətdə Cənnətə düşəcəklər. Əsla belə deyil, bu, bir aldatmadır. Ora xərclənən pullar isə israf sayılır, çünki gedənlərin çoxuna bu ibadət vacib deyil. Şərtlər tam deyil – zəkat verməyib, namaz qılmayıb, ömründə oruc tutmayıb və oruc tutmadığına görə fidyə də ödəməyib.
Haqqına girdiyi, haqqını tapdaladığı, könlünü sındırdığı insanlardan halallıq almadan Həccə gedir. Halbuki Peyğəmbər (s) buyurub ki, Həcc kiçik Qiyamətdir və rəmzi mənada Qiyaməti xatırladır. Hesab verməyə hazır olmayan bir insan imtahana niyə getsin? Üstəlik bilsə ki, bu imtahandan kəsilsə, əbədi cəhənnəmə düşəcək. Deməli, Həccin bir imtahan olduğunu dərk etməyib, ona da bunu izah etməyiblər. Sadəcə, pulunu alıb “hacı” adı vermək üçün aparıblar. Cəmiyyətə Həccin əsl mahiyyəti, kimlərin getmək öhdəliyi daşıdığı və hansı mərhələləri keçdikdən sonra bu ibadəti yerinə yetirməli olduqları düzgün izah olunsa, bu məsələnin həm mənəvi, həm də sosial tərəfləri tənzimlənə bilər”.

Tural İrfan onu da bildirib ki, Həccə gedənlərin adları bəzən müğənnilərlə yanaşı çəkilir.

“Görün, Allaha ibadət nə qədər təhqir olunub. Bütün bunlar günahdır. Boynunda vacib olmadığı halda minlərlə manat xərcləyib Həccə getmək israf və haramdır. Allahın yolunda olan adam, Allahla alver edərək, özünə Cənnətdən malikanə almaq və huri eşqinə düşmək düşüncəsində olmaz. Əgər bir müsəlman sırf Allah rizasını qazanmaq istəyirsə, həmin pulları kasıblara, yetimlərə, ac insanlara və ağır, əlacsız xəstələrə yardım üçün sərf edər və Allah da həqiqətən ona Cənnəti müyəssər edər. İnsanları bu məsələdə düzgün maarifləndirmək vacibdir”– deyə o fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see322

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see147

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see138

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri