Hədə qorxu ilə pul tələb edən şəxslərə ağır cəza verildi
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Bayram Mətləb oğlu Aslanov və Rəşad Cavad oğlu Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Bayram Aslanov 8 il, Rəşad Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, onlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci və 228.1-ci maddələri üzrə cinayət işi açılıb.
Cinayət işində 3 nəfər - Şirin Tapdıq oğlu Abdullayev, Rasim Bəyoğlan oğlu Şıxıyev və Emin Faiq oğlu Quliyev zərərçəkmiş qismində tanınıblar.
Həbs edilənlərdən Bayram Aslanov "Azəriqaz"ın direktor müavini Cahid Hüseynovun bacanağıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Noyabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















