Icma.az
close
up
RU
“Hədəfdə STEAM 8” təlim treninqi öz işinə başlayıb FOTOLAR

“Hədəfdə STEAM 8” təlim treninqi öz işinə başlayıb FOTOLAR

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqinin açılış mərasimi keçirilib.

SİA xəbər verir ki, tədbir başlamazdan əvvəl robotlar, texnoloji layihələr və robototexnika ilə bağlı ən son yeniliklərin nümayiş etdirildiyi sərgiyə baxış olub.

Ümumilli lider Heydər Əliyevin, qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bədii hissədən sonra Hədəf Liseylərinin ümumi işlər üzrə icraçı direktoru və tədbirin moderatoru Nizami Hüseynov bildirib ki, genişmiqyaslı təhsil, texnologiya və innovasiya sahəsində ən son trendləri öyrənmək məqsədilə təşkil olunan seminar-treninqdə beynəlxalq mütəxəssislərin iştirakı ilə STEAM metodunun incəlikləri, texnoloji yeniliklər və təhsildə innovativ yanaşmalar müzakirə olunacaq.

Açılış mərasimində ADPU-nun rektoru, professor Cəfər Cəfəro çıxışında bildirib ki, bu gün dünyada baş verən sürətli texnoloji dəyişikliklər təhsilin məzmununa və metodologiyasına yenidən baxılmasınızəruri edir. Məhz bu baxımdan STEAM yanaşması yalnız fənlərin inteqrasiyası deyil, eyni zamanda şagirdlərin analitik düşünmə, problem həll etmə, yaradıcılıq və innovativ yanaşma bacarıqlarının inkişafına yönəlmiş müasir təhsil fəlsəfəsidir. Prof. Cəfər Cəfərov bildirib ki, məhz bu səbəblə də ölkənin əsas pedaqoji kadr hazırlığı mərkəzlərindən olan Pedaqoji Universitetdə STEAM yanaşmasının tətbiqi sistemli və ardıcıl xarakter daşıyır. 2021-ci ildən fəaliyyət göstərən STEAM Mərkəzi yalnız təlim və layihələrlə kifayətlənmir, eyni zamanda müəllim hazırlığında yeni məzmun yaradır, elmlə təhsilin real inteqrasiyasını təmin edir və region üçün nümunəvi bir STEAM platforması rolunu oynayır. Hazırda universitetdə 8 ixtisas üzrə STEAM əsaslı dərslərin tədris olunması bu istiqamətdə atılan addımların real nəticəsidir. C. Cəfərov “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqinin təhsilin gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayaraq, layihənin müasir təhsilin əsas çağırışlarına cavab verən yeni düşüncə tərzinin formalaşdırılmasına xidmət etdiyini bildirib.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Nicat Məmmədli, Türkiyənin MudanyaUniversitetinin təsisçisi Qiyasəddin Bingöl, Qazaxıstan Təhsil Nazirliyi və ORLEU Təkmilləşdirmə İnstitutunun direktoru Meruert Medetbekova, Nizami adına Özbəkistan Pedaqoji Universitetinin nəzəriyyə və metodika kafedrasının dosenti Ugiloy Kusanova, Qırğızıstan İxtisasartırma və Yenidən Hazırlıq İnstitutunun Beynəlxalq şöbəsinin baş mütəxəssisi Akunbek Ergeşov çıxış edib, layihənin əhəmiyyətindən və dünyadakı müasir çağırışlardan danışıblar.

Nicat Məmmədlinin “Van Qoqun Günəbaxanları” mövzusundakı təqdimatı maraqla qarşılanıb.

“Hədəfdə STEAM” layihəsinin rəhbəri Şəmil Sadiq vurğulayıb ki, ardıcıl keçirilən Hədəfdə STEAM təlim-treninqlərinin əsas məqsədi müasir dünya təhsilinin qabaqcıl modellərindən olan STEAM əsaslı təhsilin Azərbaycanda tətbiqi təcrübəsini paylaşmaqdır. Hədəf liseyləri tədrisi STEAM yanaşması üzərində qurulan, Azərbaycanda bu modeli sistemli şəkildə tətbiq edən ilk lisey kimi müsair mərhələdə də bu innovativyanaşmanı uğurla davam etdirir. O vurğulayıb ki, “Hədəfdə STEAM-8” təhsil sahəsində STEAM metodunun XXI əsrin bacarıqlarına uyğun tətbiqi üçün nəzərdə tutulan vacib platformadır: Yerli və beynəlxalq mütəxəssislərin maraqlı çıxışları, innovativ yanaşmaları və praktiki dərsləri, eləcə də Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq mütəxəssisin iştirakı layihənin əhəmiyyətini artırır.

Açılış mərasimindən sonra Şəmil Sadiq “Sinif startap modeli kimi: STEAM-da komanda işi və vəzifə bölgüsü”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin dekanı, ADPU-nun STEAM Mərkəzinin rəhbəri dosent Arzu Daşdəmirov “STEAM-da müəllim kompetensiyası: yeni nəsil pedaqoji yanaşmalar və dərsin modelləşdirilməsi”, Qırğızıstan Pedaqoji Kadrların Təkmilləşdirmə İnstitutunun direktor müavini Jarkın Sabırbekova “Qırğızstanda 12 illik təhsilə keçid və STEM fənninin tədrisinin xüsusiyyətləri”, Qubanın Alekseyevka kənd tam orta məktəbinin direktoru Sevil Allahverdiyeva “Dünya təcrübəsinin kənd məktəbində tətbiqi: Qubada STEAM məktəbi”, “Progress” şirkətinin şöbə müdiri və təlimçisi Aynur Hümbətova “STEAM-da robototexnika: sadə avadanlıqla yüksək effektli dərs modelləri”, Scientix və STEM PD üzrə səfir, STEAM təhsili üzrə beynəlxalq ekspert Aliyə Əhmədova isə “STEAM müəllimlərinin beynəlxalq inkişafı: ‘Scientix’ şəbəkəsi və STEAM Məktəb Nişanına müraciət” mövzularında elmi məruzələr ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Hədəf Şirkətlər Qrupu və Türkiyənin Doğu Akdeniz Universitetinin təşkilatçılığı ilə keçirilən “Hədəfdə STEAM-8” təlim-treninqində ümumilikdə 6 məruzə, Azərbaycan, rus və ingilis dillərində 5 blok üzrə 36 təlim və 5 seminar təqdim olunub.

Təlim və seminarlarda STEAM metodu, bu metodun Azərbaycanda, Türkiyədə, Qırğızıstanda və Qazaxıstanda tətbiqi, perspektivləri və faydaları, süni intellekt əsrində qlobal çağırışlar və yeni təhsil həlləri, texnologiyanın sərhədlərini genişləndirən innovativ yanaşmalar əsas araşdırma və müzakirə mövzusu olub.

“Hədəfdə STEAM-8” təlim-treninqi yanvarın 27-də başa çatacaq. İştirakçılara sertifikat və plaketlər, xatirə hədiyyələri təqdim ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Yanvar 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri