Icma.az
close
up
RU
Hədəfim TOP 5 liqalardan birində oynamaqdır Qarabağ ın futbolçusu

Hədəfim TOP 5 liqalardan birində oynamaqdır Qarabağ ın futbolçusu

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hədəfim TOP-5 liqalardan birində oynamaqdır" - "Qarabağ"ın futbolçusu

"Qarabağ" komandasının qapıçısı Mateuş Koxalski (Matthew Kochalski) sabiq klubu "Stal"ın (Polşa) saytına geniş müsahibə verib.

QOL.az xəbər verir ki, "Qarabağ"la Çempionlar Liqasının iştirakçısı olan və Polşa milli komandasına dəvət alan Koxalski Myeletsdən Avropa stadionlarına uzanan yolundan, Azərbaycanda gündəlik məşq həyatından, Stal klubunun inkişafında rolundan və bitmək bilməyən arzularından danışıb.

Müsahibəni ixtisarla təqdim edirik.

- Mateuş, çox da uzaq olmayan keçmişdə şərhçilər və jurnalistlər PKO BP Ekstraklasada "Stal Myelets"in heyətində sənin oyununa heyran idilər. Bu gün isə "Qarabağ" FK ilə Çempionlar Liqasında seyvlər edəndə yenidən heyranlıq qazanırsan. Bəzən bir il ərzində həyatında nə qədər şeyin dəyişdiyini düşünürsən?

- Hər oyunda rəqibləri dayandıra bilmədim və bütün matçlarla bağlı tam razı qaldığımı da deməzdim. Təbii ki, performanslarım daha çox müsbət idi. Həyatda “heç nə qeyri-mümkün deyil” fikri tez-tez ağlıma gəlir. "Qarabağ"a gələn elə futbolçular var idi ki, Portuqaliyanın ikinci liqasında və ya başqa ölkələrdə oynayırdılar və indi, mənim kimi, Çempionlar Liqasında çıxış edirlər. Hər bir futbolçu bir gün bu himni eşitmək istəyir; mən də çox istəyirdim və nəhayət, bu, baş verdi.

- Hazırda Polşa milli komandasına dəvət almamağınızla bağlı hər hansı bir təəssüf hissiniz yoxdur? 
(Müsahibə Mateusz Kochalski-yə əlavə çağırış elan edilməzdən bir neçə gün öncə götürülüb)

- Xeyr. Bilirəm ki, əgər bütün qapıçılar sağlamdırsa, baş məşqçinin müəyyən etdiyi üç nəfər var. Onların hər biri oynayır, amma mən onların çıxışlarını detallı şəkildə izləyə bilmirəm. Təbii ki, Lukasz Skorupski çox yüksək səviyyədədir. O qədər təcrübəli oyunçudur ki, heç bir matçda uğursuzluq oynamayacağı bəllidir. Həmçinin bilirəm ki, çox güclü liqalarda çıxış edən qapıçılar da var ki, onlar da çağırış almırlar. Məşqçilər qərarlarını verir, mən də bu qərarları başa düşürəm, hörmət və tamamilə  normal hesab edirəm.

- Çempionlar Liqasının himnini meydanda ilk dəfə eşitdiyiniz anda nə düşündünüz?

- Açığı, əvvəlcə alışmalı oldum, çünki həmişə bunun xəyalını qurmuşdum. İlk oyundan əvvəl Çempionlar Liqasının himnini yarım gün ərzində fasiləsiz dinlədim (gülür). Amma meydana çıxanda hiss tam başqa idi. Hər zaman oyundan əvvəl gərgin olmamağa çalışıram. Amma o vaxt həyəcan böyük idi – motivasiya verən bir stress. Bu, bir arzunun reallaşması idi, lakin arzular bununla bitmir. Özümə daha böyük hədəflər qoymalıyam. Bu, zirvə deyil. Hələ qarşıda çox şey var və dayanmaq fikrim yoxdur.

- Çempionlar Liqasında Lissabondakı oyunda - favorit olmadığınız qarşılaşmada qələbə qazandınız.  Bir il əvvəl PKO BP Ekstraklasada xallar üçün mübarizə aparırdınız, indi isə Çempionlar Liqasında qələbə əlavə edirsiniz. Hakimin final fitindən sonra duyğusal anlar – göz yaşları oldumu?

-  Açığı, matç bitəndən sonra gülürdüm. Çünki baş verənlərə inanmaq çətin idi. Bəziləri deyir ki, filmlərdə qəhrəmanın tez uğur qazanması real deyil. Mən özümü elə bir filmdə hiss edirdim. Göz yaşları olmadı, amma şok və böyük sevinc vardı. Mənim üçün fərq etmir rəqib “Çelsi”dir, yoxsa Azərbaycan liqasından bir komanda. Həmişə qalib gəlmək istəyirəm və buna inanıram. Amma buna bu qədər tez və bu cür yaxşı üslubda nail olmağımıza təəccübləndim. Çünki bu, təsadüf deyildi.

- “Çelsi” ilə oyunun yayımında gördüm ki, siz Robert Sançeslə formalarınızı dəyişdiniz.

- Mənim yanaşmam belədir ki, qapıçılar bir az başqa peşə kimidirlər. Heç kimə pislik arzulamıram. Hər oyundan əvvəl rəqib qapıçıya uğurlar arzulayıram, matçdan sonra isə təşəkkür edirəm, təbrik edirəm  və ya o məni təbrik edir. Hər qapıçıdan forma toplamaq kimi bir hədəfim var. İndiyədək hamısı ilə dəyişmək mümkün olub. Onun formasını almağım məni sevindirdi, baxmayaraq ki, nəticəyə görə çox əsəbi idi.

- Mətbuatda sizin adını "Roma" və "Borussiya" Dortmund ilə çəkilir. TOP-5 liqalardan hər hansı bir klubdan maraqla bağlı sizdə məlumat varmı?

- Mən də bu xəbərləri görürəm, amma məlumatı agentdən və ya birbaşa klubdan almalıyıq. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə də uğurlu dövr keçirəndə çox adam buna inanır. Hansısa maraq olur, amma insanların yazdığı səviyyədə deyil. Bunlar hələlik yalnız maraq və sorğulardır, konkret təkliflər yox. Yayda "Stal"dan ayrılarkən 15 klubun maraq göstərdiyini deyə bilərdim, amma heç biri rəsmi təklif verməmişdi. Kiminsə ilkin maraq göstərməsi hələ heç nə demək deyil. Amma belə siqnallar belə mənə motivasiya verir. Deməli, kimsə məni izləyib.

- Yəni hazırda "Borussiya" Dortmundun sizi almaq istədiyinə dair rəsmi məlumatınız yoxdur?

- Bəli, belə bir məlumatım yoxdur.

- İndi 2025-ci ilin noyabr ayındayıq. Mateus Koxalski bu gün nəyə doğru gedir?

- Daha yaxşı oynamağa və Çempionlar Liqasında daha az qol buraxmağa. Komandaya maksimum kömək etməyə, daha çox effektiv müdaxilə etməyə çalışıram. Arzum ən yüksək səviyyədə oynamaqdır - yəni TOP-5 liqalardan birinə və ya digər güclü Avropa liqasına transfer olmaq. Mənim “sərhədim”? Bəlkə də yalnız “Qızıl topu” qazanmağım ola bilər (gülür). Zarafat edirəm, əlbəttə, çünki bu, nəzəri olaraq mümkün deyil. Amma "Stal"da ehtiyat skamyasında oturarkən də iki il sonra Çempionlar Liqasında oynayacağımı çoxları real hesab etmirdi. Həmçinin Polşa milli komandasında debüt etmək və mümkün qədər çox oyun keçirmək istəyirəm.

- Çempionlar Liqasını qazandığınız zaman kuboku Mielecə gətirəcəksiniz? (hər ikisi gülür)

- Əlbəttə. Söz verirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 Noyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri