Hədsiz əl yuma vərdişinin səbəbləri açıqlandı
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Əl yuma gigiyena üçün vacib olsa da, həddindən artıq əl yuma sağlamlıq problemlərinə yol aça bilər.
Pravda.az bildirir ki, psixoloji səbəblərdən yaranan bu vərdiş, gündəlik həyat və sosial fəaliyyətləri mənfi təsir edə bilər.
Həddindən artıq əl yuma davranışı əsasən obsesif-kompulsif pozuntu (OKP) və təşviş xəstəliyi ilə əlaqələndirilir. Bu zaman fərdlər mikroblardan qorxu və təmizliyə obsesif ehtiyac səbəbindən əllərini çox yuyurlar, bu da dəridə quruq, qızarıq, eqzema kimi problemlərə səbəb olur.
Müalicədə ən çox tətbiq olunan üsullar psixoterapiya, xüsusilə zehni-davranış terapiyası və məruz qalma ilə reaksiyanı önləmə metodudur. Həmçinin, dərman müalicəsi və meditasiya kimi dəstək vasitələri də effektiv hesab olunur. Sosial dəstək qruplarının rolu da vurğulanır.
Bu vərdişlə bağlı erkən müdaxilə sağlamlıq üçün önəmlidir.
Əminə Bayramova

