Icma.az
close
up
RU
Həftəlik bürc proqnozu Vəzifəniz dəyişəcək, gizli qalan məsələlər üzə çıxacaq: İtkilər ola bilər

Həftəlik bürc proqnozu Vəzifəniz dəyişəcək, gizli qalan məsələlər üzə çıxacaq: İtkilər ola bilər

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Həftəyə Ayın Əqrəb bürcündəki emosional enerjisi ilə başlayırıq. Günəş Buğa bürcündə irəlilədiyi üçün sabitlik və dözümlülük ön plana çıxır. Venera ilə Yupiter arasındakı təsir isə sevgi və sosial münasibətlərə rəng qatır. Marsla Neptun arasındakı əlaqə xüsusən həftə sonuna yaxın ruh düşkünlüyü və motivasiya azalması yarada bilər. Bəs bu güclü enerjilər sənin bürcünə necə təsir edəcək?

Milli.Az 28 Aprel - 4 May 2025-ci il həftəlik bürc proqnozlarını təqdim edir:

Qoç bürcü (21 Mart - 19 Aprel)

Bu həftə Qoçlar üçün maliyyə məsələləri, daxili hesabatlar və ortaq işlər ön plana çıxır. Ayın Əqrəb bürcündə olması ilə həftəyə dərin emosional təsirlərlə başlayırsan. Xüsusən həftənin əvvəlində ortaq gəlirlər, miras, kredit və borc mövzuları gündəmə gələ bilər. Keçmişdən qalan maliyyə məsələləri bağlana və ya yeni ortaq maliyyə planı üzə çıxa bilər. Münasibətlərdə isə partnyorunun hisslərini daha aydın görməyə başlayırsan, ancaq qısqanclıq və idarə istəyi problemlərə səbəb ola bilər. Həftə ortasında Ayın Oxatan bürcünə keçməsi ilə ruh halın yüngülləşir, öyrənmək və səyahət istəyi artır. Təhsil və xarici əlaqəli planlar üçün əlverişli bir dövrdür. İmmunitetini gücləndirməlisən, xüsusən də yuxu rejiminə və stressə diqqət yetir. Həftə sonuna doğru yorğunluq və motivasiya azalması yaşana bilər.

Buğa bürcü (20 Aprel - 20 May)

Günəş bürcündə irəlilədiyi üçün bu həftə şəxsi gücünü artırır, münasibətlərdə daha açıq və aydın davranırsan. Nə istədiyini dilə gətirdiyin dövrdəsən. Ancaq bu enerji bəzən münasibətlərdə təzyiq kimi hiss oluna bilər, buna görə balansı qorumaq önəmlidir. Münasibəti olan Buğalar üçün bu həftə sərhədlərin müəyyən olunacağı və etimadın sınanacağı zaman ola bilər. Subay Buğalar yeni tanışlıqlar yaşaya bilərlər. Karyerada yaradıcı həllər tapıb, məsuliyyətlərini yenidən düzənləyə bilərsən. Maliyyə baxımından tələsik qərarlar verməkdənsə, büdcə planlamasına önəm verməlisən. Fiziki baxımdan boğaz, boyun və çiyin bölgələrinə diqqət yetirməlisən. Ilıq içkilər və yüngül qidalanmaq faydalıdır.

Əkizlər bürcü (21 May - 20 İyun)

Bu həftə daxili aydınlaşmalar, sağlamlıq və iş mühitində münasibətlər diqqət çəkir. Gündəlik rutinlərini nəzərdən keçirmək və yenidən qurmaq ehtiyacı hiss edirsən. Xüsusən həftə başında iş yoldaşlarınla səthdə gülümsəyən münasibətlərin altında gizli gərginliklər ola bilər. Detallara ilişmədən həll yönümlü olmağa çalış. Fiziki baxımdan həzmsizlik, mədə narahatlığı və yuxusuzluq ön plana çıxa bilər. Həftə ortasında Ayın Oxatan bürcünə keçməsi ilə münasibətlərdə açıqlıq və hərəkətlilik artır. Partnyorunla dürüst söhbətlər etməyə əlverişli bir vaxtdır. Subay Əkizlər üçün sürpriz tanışlıq yaşana bilər. Həftə sonuna doğru Neptunun təsiri ilə motivasiyada azalma ola bilər, karyera ilə bağlı söz-söhbətlərdən uzaq durmalısan.

Xərçəng bürcü (21 iyun - 22 iyul)

Bu həftə yaradıcılığın, sevgi həyatın və sosial əlaqələrin daha da güclənəcək. Həftəyə Ayın su ünsürlü Əqrəb bürcündə olması ilə başlayırsan, bu da duyğusal əlaqələri dərinləşdirir. Xüsusilə sevgi münasibətlərində keçmişdən gələn məsələ yenidən gündəmə gələ bilər; köhnə incikliklər və gizli qalan hisslər ortaya çıxa bilər.

Övladı olan Xərçənglər bu həftə uşaqlarına daha çox vaxt ayıra bilər, onların inkişafı və təhsili ilə bağlı məsuliyyətlər arta bilər. Həmçinin sənət, hobbilər və ruhunu qidalandıran işlərlə məşğul olmaq üçün çox əlverişli dövrdür. Həftənin ortasında Ay Oxatan bürcünə keçəcək və bu zaman üzərindəki öhdəliklər artacaq. Sağlamlıq baxımından isə bağırsaq və mədə həssaslığına diqqət yetirmək lazımdır.

Maddi məsələlərdə daha planlı olmalısan. Qarşına çıxan yeni yatırım imkanları çox cazibədar görünə bilər, amma detalları yaxşı araşdırmalısan. Həftə sonu özünü duyğusal olaraq qərarsız hiss edə bilərsən; bir az tək qalmaq və içinə qulaq asmaq sənə yaxşı təsir edəcək.

Şir bürcü (23 iyul - 22 avqust)

Bu həftə həm emosional, həm də fiziki baxımdan özünü yenidən qurmaq vaxtıdır. Ailə, ev və köklərinlə bağlı mövzular ön plana çıxacaq. Evdə dəyişiklik etmək, köçmək və ya ailə böyükləri ilə bağlı məsuliyyətlərin artması mümkündür. Həftənin əvvəlində valideynlərlə münasibətlərdə köhnə məsələlər gündəmə gələ bilər və bir az kövrəklik yaşana bilər.

İş və karyera sahəsində hədəflərinə daha çox fokuslanırsan. Həftənin ortasında isə həm özünə, həm də münasibətlərinə daha çox vaxt ayırmaq istəyəcəksən. Həftə sonu isə sosial çevrəndə parlayacağın, diqqət çəkəcəyin hadisə yaşana bilər. Amma Mars və Neptun təsiriylə xəyal qırıqlıqlarına da açıq zamandasan, buna görə gözləntilərini real tutmalısan.

Səhhətinlə bağlı kürək, ürək və qan dövranı sisteminə diqqət etməlisən. Xüsusilə stressin ürək ritmini poza biləcəyi bir dövrdür.

Qız bürcü (23 avqust - 22 sentyabr)

Bu həftə sənin üçün ünsiyyət, planlaşdırma, səyahət və aydın düşünmək ön plana çıxır. Həftəyə Ayın Əqrəb bürcündəki təsiri ilə başlayırsan, bu da səni daha dərindən düşünməyə vadar edir. Xüsusilə yaxın çevrənlə (bacı-qardaş, qonşu, qohum) bağlı köhnə məsələ yenidən gündəmə gələ bilər; ürəyində qalan sözləri söyləmək üçün fürsət yaranacaq.

Həftənin ortasında isə Ay Oxatan bürcünə keçir və bu da sənə qısa səyahətlər, sənədləşmə işləri və ya köçmək kimi gündəlik dəyişikliklər gətirə bilər. Zehni yorğunluq yaşaya bilərsən, qərarlarını tələsik verməməlisən, bir az zaman tanı. Təhsil almaq, yazmaq, araşdırma aparmaq istəyən Qızlar üçün isə həftə çox məhsuldar keçəcək.

Sağlamlıqda əsəb sistemi, bağırsaqlar və yuxusuzluq önə çıxır. Bitki çayları içmək, vaxtında yemək və sakit bir axşam rutini sənə yaxşı təsir edəcək. Həftə sonu isə sosial həyatdan bir az uzaqlaşıb özünə zaman ayırmaq faydalı olacaq.

Tərəzi bürcü (23 sentyabr - 22 oktyabr)

Bu həftə Tərəzilər üçün əsas mövzu maliyyə məsələləri, öz dəyərləri və münasibətlərdə tarazlıqdır. Ayın Əqrəb bürcündə olması həftənin ilk günlərində gəlir və xərclərini nəzərdən keçirməyə ehtiyac yaradacaq. Gecikmiş ödənişlər, borcları yenidən qurmaq və ya yeni bir yatırım planı hazırlamaq gündəmə gələ bilər.

Xüsusilə münasibətlərdə qarşılıqlı güvən, özünü dəyərli hiss etmək və qarşı tərəfi qiymətləndirmək önə çıxacaq. Həftənin ortasında fikir ayrılıqları olsa da, bu münasibəti daha sağlam səviyyəyə daşıya bilər.

Fiziki sağlamlıqda boğaz, böyrəklər və dəri problemlərinə qarşı diqqətli olmalısan. Həftənin sonuna yaxın isə gözləmədiyin dəstək və ya maddi imkanla qarşılaşa bilərsən.

Əqrəb bürcü (23 oktyabr - 21 noyabr)

Bu həftə Əqrəblər üçün "özüm" və "biz" tarazlığı, şəxsi dəyişiklik və münasibətlərdə məsuliyyət dövrüdür. Ayın öz bürcündə olması ilə həftəyə dərin duyğular və güclü sezgilərlə başlayırsan. Özünü ifadə edərkən qətiyyətli olacaqsan, amma kənardan sərt görünə bilərsən. Ona görə ünsiyyətdə daha yumşaq və anlayışlı olmağa çalış.

Həftənin ortasında münasibətlərdə qarşı tərəfin sərhədlərinə hörmət etmək vacib olacaq. Sevgililər səndən daha çox emosional dəstək gözləyə bilər. Subay Əqrəblər üçün isə bu həftə dərin ruhani əlaqə quracaqları biri ilə tanışlıq mümkündür. Maddi baxımdan isə gözlənilməz hadisələr və çətinliklər çıxarsa, soyuqqanlı qalmaq lazımdır.

Sağlamlıq baxımından bel, sidik yolları və cinsiyyət orqanlarına diqqət etməlisən. Bitki əsaslı müalicələr və su terapiyası bədəninə yaxşı təsir edəcək. Həftə sonu isə sezgilərin güclənəcək və yuxuların sənə vacib işarələr verə bilər.

Oxatan bürcü (22 noyabr - 21 dekabr)

Bu həftə Oxatanlar üçün daxili təmizlənmə, ruhən yenilənmə və özünü daha yaxşı tanımaq vaxtıdır. Həftənin ilk günlərində enerjin aşağı ola bilər, özünü yorğun, dalğın və ruhsuz hiss edə bilərsən. Amma bu vəziyyəti şəxsi inkişaf üçün istifadə etsən, özün haqqında dərin anlayışlar əldə edə bilərsən. Meditasiya, yoqa sənə çox yaxşı təsir edəcək.

Həftənin ortasında Ay sənin bürcünə keçir və enerjin sürətlə artacaq. Uzun zamandır başlayıb çəkinidiyin işə başlamaq üçün ideal vaxtdır. Təhsil, seminarlar, sosial media layihələri və reklam işləri ilə məşğul olmaq üçün əlverişli dövrdür. Ancaq sevgi həyatında bir az çaşqınlıq və xəyallara qapılmaq təhlükəsi var. Qarşındakı insanı həddindən artıq ideallaşdırmadan, real olmağa çalışmalısan.

Sağlamlıqda isə ayaqlar, topuq hissəsi və qaraciyər həssas ola bilər. İdman edərkən özünü yormamağa və kifayət qədər dincəlməyə diqqət yetirməlisən.

Oğlaq Burcu (22 Dekabr - 19 Yanvar)

Bu həftə Oğlaq bürcləri üçün sosial çevrələr, dostlar və gələcək planlar ön plana çıxır. Dost çevrəsində bəzi gizli qalmiş məsələlər gündəmə gələ bilər. İstəmədən də olsa, bəzi insanlarla yollarını ayırmaq istəyi hiss edə bilərsən. Həftənin ortasında isə Oxatan bürcündəki Ay enerjisi ilə birlikdə daha çox gələcəyinlə bağlı planlar qurmağa başlaya bilərsən. Yeni layihələrə başlamaq, şəbəkəni genişləndirmək üçün əlverişli dövrdür.

Maddi mövzularda ehtiyatlı olmalısan; dost çevrəsindən gələn yatırım təklifi cazibədar görünsə də, riskləri düzgün analiz etmədən qərar vermə. Sağlamlıq baxımından dizlər, sümük quruluşu və dəri həssas ola bilər. Özünə qayğı göstərmək vacibdir.

Dolça Burcu (20 Yanvar - 18 Fevral)

Bu həftə Dolça bürcləri üçün kariyera, ictimai mövqe və gələcək hədəflər ön plandadır. Ayın Əqrəb bürcündəki təsiri ilə iş həyatında duyğusal qərarlar verməkdən çəkinməlisən. Özünü ifadə etmək istəsən də, həssas məsələlərdə diplomatik olmaq daha faydalı olacaq.

Həftə ortasında Ayın Oxatan bürcünə keçməsi ilə dostlarla daha aktiv sosiallaşa bilərsən, yeni tanışlıqlar və iş birliyi imkanları gündəmə gələ bilər. Xüsusilə həftə sonuna doğru iş yerində yanlış anlaşılmalar və gözlənilməyən xırda problemlər yarada bilər. Sağlamlıq sahəsində ayaq biləklərinə və sinir sisteminə diqqət yetirmək önəmlidir.

Balıq Burcu (19 Fevral - 20 Mart)

Balıq bürcləri üçün bu həftə ruhsal inkişaf, uzaq səfərlər, təhsil və dünyagörüşünü genişləndirmək önə çıxır. Ayın Əqrəb bürcündəki təsiri ilə özünü daha dərindən sorğulaya, həyata fərqli prizmadan baxmağa başlaya bilərsən. Hafta başında sənə ilham verəcək fikir ya da müəllim ilə qarşılaşa bilərsən.

Ayın Oxatan bürcünə keçməsi ilə kariyera sahəsində sürətli dəyişikliklər yaşana bilər. Planlaşdırmadığın bir məsuliyyət üstünə gələ bilər, ani qərarlara qarşı açıq qalmalısan. Həftə sonuna doğru motivasiyanda dalğalanmalar ola bilər. Aldığın xəbərləri dərhal doğru qəbul etmə; hər şeyin dərinini yoxlamaq vacibdir. Fiziki olaraq isə dəniz məhsulları və su tərkibli qidalar bu həftə sənə daha çox yaxşı gələcək.

Ulduz
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see204

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see183

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see167

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see165

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see155

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see142

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see130

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see130

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see130

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see129

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see128

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see127

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see124

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri