Icma.az
close
up
RU
HƏFTƏLİK BÜRC PROQNOZU

HƏFTƏLİK BÜRC PROQNOZU

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq!

News24.az bildirir ki, aprelin 21-dən 28-nə qədər bütün bürclər üçün ətraflı ulduz falını təqdim edirik:

QOÇ bürcü

Həftə sizə sevinc və gözlənilməz xoş xəbərlər gətirəcək. Ulduzlar arzularınızdan birinin gerçəkləşəcəyini vəd edir. Yorucu iş rejimi nəhayət ki, bəhrəsini verir. Sosial aktivlik üçün əla zamandır – uzun müddət görmədiyiniz dostlarla bir araya gəlin. Həm də romantik münasibətlər üçün gözəl fürsətlər var: birgə axşam yeməyi və ya təbiət qoynunda kiçik istirahət planlaşdırın. Əgər münasibətinizdə anlaşılmazlıq varsa, səmimi söhbət üçün ən uyğun zaman həftənin ikinci yarısıdır.

BUĞA bürcü

Sizi səmərəli və enerjili bir həftə gözləyir. Yeni tanışlıqlar, işdə irəliləyiş və ailədən gözəl xəbərlər gündəmdə olacaq. İş yerində diqqətli və əzmkar olsanız, nüfuzunuz daha da artacaq. Keçmişdəki biri yenidən həyatınıza müdaxilə etməyə çalışa bilər – soyuqqanlı olun və sərhədlərinizi qoruyun. Özünüzə və münasibətinizə dəyər verin.

ƏKİZLƏR bürcü

İş həyatında böyük fürsətlər sizi gözləyir. Yeni layihələr və ideyalar üçün mükəmməl zamandır. Rəhbərinizə təkliflərinizi açıq şəkildə bildirməkdən çəkinməyin. Həftənin ikinci yarısı şəxsi həyat və ailə üçün ayrılmalıdır. Həyatınızda sizi mənfi təsir altına salan biri ola bilər – belə insanlardan uzaq durmağın vaxtıdır.

XƏRÇƏNG bürcü

Diqqət mərkəzində olacaqsınız. İnsanlar sizi tərifləyəcək, bəziləri isə paxıllıq edəcək. Özünüzü sevin və bu diqqətdən zövq alın. Yaxın günlərdə maraqlı təkliflər ala bilərsiniz – imtina etməyin. Subay Xərçənglər üçün romantik başlanğıclar mümkündür.

ŞİR bürcü

Həftə sizi bir az gərgin edə bilər – xüsusilə xanım Şirləri. Mübahisələr və anlaşılmazlıqlar yarana bilər, amma düzgün qərarlarla vəziyyəti öz xeyrinizə dəyişə bilərsiniz. Maliyyə baxımından irəliləyiş mümkündür. Romantik münasibətləri gücləndirmək üçün vaxt ayırın.

QIZ bürcü

Həftə boyunca məsuliyyətlər sizi yoracaq, amma nəticə qənaətbəxş olacaq. Münasibətlərdə bəzi çətinliklər baş qaldıra bilər. Keçmişdən gələn “kölgə” sizi narahat edə bilər. Əgər partnyorunuza güvənirsinizsə, heç bir problem olmayacaq. Əks halda, ciddi qərarlar verməli olacaqsınız.

TƏRƏZİ bürcü

Sözlərinizə və verdiyiniz vədlərə diqqət edin – hər sözü yerində demək vacibdir. Həftəsonu iş planlarınızı ertələmək məcburiyyəti ilə üzləşə bilərsiniz. Uzun zamandır ertələdiyiniz ev işlərini görmək üçün uyğun zaman şənbə günüdür. Subaylar üçün sevgi planeti aktivdir – hisslərinizi ifadə etməkdən çəkinməyin.

ƏQRƏB bürcü

İş və şəxsi həyat arasında balans qurmaqda çətinlik yaşaya bilərsiniz. Kiçik mübahisələrdən uzaq durun və emosiyalarınızı idarə edin. Ticarət və alış-veriş üçün uyğun həftədir. İş yerində sizə məsuliyyətli tapşırıq verilə bilər – bu fürsəti dəyərləndirin.

OXATAN bürcü

Bu həftə söz-söhbətlər, fərziyyələr və dedi-qodular sizi bezdirə bilər. Sakitliyinizi qoruyun və dedi-qodulardan uzaq durun. Münasibətlərdə ciddi söhbətə ehtiyac varsa, bunu ertələməyin. Sağlamlığınıza diqqət edin – hərəkətli həyat tərzi sizə fayda verəcək.

OĞLAQ bürcü

Ulduzlar sizin yanınızdadır. İşdə irəliləyiş və maliyyə artımı mümkündür. Subaylar üçün yeni münasibət qapıdadır. Cütlüklər isə bir-birinə daha da yaxınlaşacaq. Emosional qərarlar verməkdə tələsməyin, xüsusən də işdə. Böyük alış-veriş üçün şənbə və bazar günü uğurludur.

DOLÇA bürcü

Pul bolluğu dövrüdür. Maliyyə baxımından rahatlıq sizi gözləyir. Lakin şəxsi münasibətlərdə bəzi gərginliklər ola bilər – anlayışlı olun. Subay Dolçalar isə romantik başlanğıclarla qarşılaşa bilərlər. Həyat sizə yeni imkanlar təqdim edir.

BALIQ bürcü

Bu həftə pul və sənəd işlərində daha diqqətli olmalısınız. Alış-veriş zamanı tələsik qərar verməyin. Keçmişdən qalan bəzi məsələlər yenidən gündəmə gələcək – onları həll etmək üçün fürsətiniz olacaq. Risk etmədən irəliləyin.

Səma

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:322
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Aprel 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri